Siyavuş Novruzov: ABŞ Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur
16.03.2019 [10:17]
“ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, “Milli şura”nın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır. Onun sözlərinə görə, dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır. S.Novruzovun fikrincə, təəssüflər olsun ki, bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir.
“Bəs, niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş, bütün hüquqlardan məhrum olunmuş bir milyon qaçqın və məcburi köçkünün haqqında bir kəlmə işlədilmir? Yaxud bizim Kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan Muxtarlı ilə Gözəl Bayramlıdan danışırlar, amma Dilqəmlə Şahbazdan bir kəlmə də hesabatda yazmayıblar” - deyən, YAP İcra katibinin müavini hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var.
“Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə oturub-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır”.
S.Novruzov həmçinin, Azərbaycanda internet və media azadlığının tam təmin olduğunu diqqətə çatdırıb: “Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub youtube, digər beynəlxalq internet resursları vasitəsi ilə Azərbaycana qarşı təhqir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir”.
Dövlət Departamentinin bu hesabatının `”divar kağızı”`ndan fərqlənmədiyini deyən millət vəkilinin sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur. O qeyd edib ki, ABŞ-ın özündə də insan hüquqları ciddi şəkildə pozulur. Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətllərini, Əbu Qureybdə və Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalandırılmayıb.
YAP Icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus kimi tanınan şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı sualın cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir: “Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda “Milli şura” adlanan quruma, o cümlədən, Əli Kərimlinin güruhuna sərf etmir. Əksinə, bu və ya digər şəkildə çalışırlar ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin”.
O, eyni zamanda bildirib ki, əfvlə bağlı müraciətlər olub.
“Artıq “Milli şura”nın təmsilçiləri iddia edirlər ki, mitinqə görə əfv sərəncamı olacaq. Halbuki əfvlə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. Bu şəxslərin sayı və kimliyi əfv komissiyası tərəfindən müəyyənləşdirilir. Maraqlı məqamlar ondan ibarətdir ki, onlar azadlığa çıxdıqdan sonra Əli Kərimlinin dəstəsi artıq bu insanlarla maraqlanmır və ya müxalifət düşərgəsindən kənarlaşdırmağa çalışır. Çünki, azadlıqdakı müxalifətçi onlar üçün maddi və mənəvi əhəmiyyət kəsb etmir. Məsələn, İlqar Məmmədov. O həbsdə olanda onun adını daha çox hallandırırdılar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlirsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

