/ / Vüqar Rəhimzadə: Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq
Vüqar Rəhimzadə: Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq
04.04.2019 [09:42]
Müstəqil Azərbaycanın Aprel zəfərindən artıq 3 il ötür. Məhz təqvimin bu günü, bu qələbə müasir tariximizin şanlı səhifələrindən biridir. Güclü ordumuz, qorxmaz Azərbaycan əsgəri düşmənin neçə ildir formalaşdırdığı mifi dağıdaraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, bununla da nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Ordumuz sübut etdi ki, əgər sülh danışıqları bir nəticə verməzsə, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə geri qaytara bilər. Aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı bəyan edib ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir... Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”, - deyən Ali Baş Komandan Aprel döyüşlərinin əhəmiyyətini vurğulamaqla yanaşı, ordumuzun gücünü də ortaya qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə ordu quruculuğunda əldə olunan uğurlara toxunaraq bildirib ki, ordumuz uğurla inkişaf edir, maddi-texniki bazası yenilənir, şəxsi heyətin peşəkarlıq qabiliyyəti, əhval-ruhiyyəsi günbəgün artır. Bu gün Azərbaycan Ordusu ən müasir texnika, silah və sursatla təmin edilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Bu amil Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin üstünlüyünü təmin edən əsas faktorlardan biri kimi çıxış edir.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa ediləcək. O deyib: “Sözsüz ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyində heç bir dəyişiklik yoxdur. Torpaqlarımız işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalı, regionda sülh və sabitlik bərqərar edilməlidir. Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq birlik qarşısında tələbi budur. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır”.
V.Rəhimzadə bildirib ki, Aprel döyüşləri nəticəsində düşmənin nəzarətindən çıxan Cocuq Mərcanlı kəndi bu gün sürətlə inkişaf edir. Artıq burada yeni həyat başlayıb. Qısa zaman kəsiyində kənddə 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib, yeni iş yerləri yaradılıb. Şübhəsiz ki, güclü ordumuz işğal altındakı bütün torpaqları azad edəcək və Cocuq Mərcanlı kimi, bütün kənd və qəsəbələr yenidən qurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

