Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pərvin Kərimzadə: Aprel döyüşləri Azərbaycanın qələbə əzminin daha bir nümayişi idi

Pərvin Kərimzadə: Aprel döyüşləri Azərbaycanın qələbə əzminin daha bir nümayişi idi

04.04.2019 [09:43]

Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşləri bir daha bütün dünyaya Azərbaycanın qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağına inamı bəyan etdi.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. O bildirib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman Azərbaycan əsgərlərinin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.
“Azərbaycan Ordusu 2016-cı il aprelin əvvəllərində silahlı qüvvələrimizin mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşçülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusu döyüşçülərinin şücaəti qarşısında düşmən öz məqsədlərinə nail ola bilmədi. Onların planları baş tutmadı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu xeyli irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı”.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar işğalçı Ermənistan rəhbərliyinin iç üzünü beynəlxalq ictimaiyyətə tanıtdı.
“Ermənistanın işğalçı siyasəti isə dövlətini, xalqını çətin vəziyyətə saldı, ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı. Dövlət başçımızın bir qrup hərbçi ilə görüşündə qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır”.
P.Kərimzadə deyib ki, Ermənistan rəhbərliyi isə ölkədə baş alıb gedən sosial-iqtisadi böhrandan xalqı yayındırmaq məqsədi ilə çirkin əməllərindən əl çəkmək istəmir.
“Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada keçirilən görüşdə razılığın əldə edilməsinə baxmayaraq, erməni silahlı qüvvələri dinc sakinləri qəsdən öldürmək, vətəndaşların əmlakını, təsərrüfatını, yaşayış infrastrukturunu məhv etmək məqsədi ilə Tərtərin Əskipara kəndinin ərazisini tərkibi zəhərli, kimyəvi maddə olan top mərmisindən atəşə tutdu. Bu mərmi Azərbaycan Respublikasının da tərəfdar çıxdığı kimyəvi silahların tətbiq edilməsinin qadağan edilməsi barədə Cenevrə konvensiyasının 3-cü əlavəsi ilə qadağan olunmuşdur. Qadağan olunmuş silah 11 may 2016-cı il tarixində xarici dövlətlərin nümayəndələri və medianın kənardan müşahidəsi ilə zərərsizləşdirildi. Bu fakt üzrə hərbi prokurorluqda cinayət işi açılıb. Ermənilərin növbəti beynəlxalq cinayəti nəticəsində ətraf mühitə külli miqdarda ziyan dəydi.
Lakin cinayətkar Ermənistan rəhbərliyi unudur ki, Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, Azərbaycan Ordusunun güclənməsi, digər tərəfdən isə Ermənistanın regionda gedən siyasi proseslərdən kənarda qalması tezliklə üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir”.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31