/ / Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən bir il ərzində xarici siyasətimizdə mühüm irəliləyişlər əldə edilib
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən bir il ərzində xarici siyasətimizdə mühüm irəliləyişlər əldə edilib
10.04.2019 [09:21]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən bir il ərzində dövlətimizin xarici siyasətində mühüm irəliləyişlər əldə edilib. Azərbaycan rəhbərliyinin çoxşaxəli müstəqil xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz regionundakı liderlik mövqeyini daha da gücləndirib, eləcə də beynəlxalq miqyasda nüfuzunu artırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq əlaqələrin inkişafında böyük irəliləyişlərə nail olub. Dövlət başçısı 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir. Ölkəmizin beynəlxalq aləmdə tərəfdaşlarının sayı artıb.
Politoloqun sözlərinə görə, dövlətimizin başçısı ötən bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm diplomatik gedişlər edib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbə və Sankt-Peterburqda danışıqlar aparılıb. Bu ilin martın 29-da Vyanada keçirilən görüş ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoydu. Bununla yanaşı, Ermənistanın cidd-cəhdlə separatçı rejimi danışıqlar prosesinə cəlb etməsi fikrini iflasa uğratdı. Beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü formatın dəyişməz olduğu təsdiqləndi.
R.Qonaqov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz nəticəsini verdi. Dövlətimiz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edib, Ermənistan iqtisadiyyatı çöküb. Bundan başqa, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət olunsun.
Mərkəzin sədri əlavə edib ki, Azərbaycan Prezidenti bir il ərzində həm də Cənub Qaz Dəhlizinin, TANAP-ın reallaşmasına nail olub. 2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir nəticələnməyən məsələ artıq öz həllini tapıb. Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini verib. Xəzərin hüquqi statusunun həlli region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açıb.
R.Qonaqov qeyd edib ki, ötən dövr ərzində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri möhkəmlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı çox aydın fikirlər əksini tapıb. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedədir.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənib. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır, Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilib.
Təsadüfi deyil ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də ölkəmizin əhalisinin müsbət mövqeyini ifadə edib. Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla”, 16,0 faizi “kafi” cavabı verib, 2,4 faizi “pis”, 7,7 faizi isə “dəqiq bilmirəm” kimi münasibət bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

