Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı anti-Azərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır

Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı anti-Azərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır

20.04.2019 [10:14]

Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 15 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyevin məqsədi ondan ibarətdir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. Son 15 ilin sosial-iqtisadi göstəricilərinə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, demokratik dəyərlərin qorunması və inkişaf edirilməsi istiqamətində atılan addımlara və uğurlu nəticələrə diqqət yetirsək, ölkəmizin bu hədəfə yüksək səviyyədə nail olduğunu görərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici anti-Azərbaycan qüvvələrin və onlara dəstək funksiyasını yerinə yetirən daxili bədxahlarımızın - “5-ci kolon”un çirkin kampaniyasına münasibət bildirərkən söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, iqtisadi müstəqilliyin siyasi müstəqilliyin əsası olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq aləmdə yerinin və rolunun hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yaranmaz: “Azərbaycan öz müstəqil siyasəti ilə regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevrilib. Azərbaycanla ikitərəfli əməkdaşlıqda maraqlı olan ölkələrin sayı artmaqda, bir sözlə, dövlətimiz yeni dostlar qazanmaqdadır. Bu uğurlarımızı şərtləndirən əsas amil dövlətimizin xarici siyasətinin qarşılıqlı hörmət və maraqlar prinsipinə söykənməsi, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamasıdır. Məhz bunun nəticəsidir ki, dünyanın yeni siyasəti məhz ölkəmizdə müzakirə olundu. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə, 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğunu göstərdi. Azərbaycanla Avropa İttifaqı, quruma üzv olan ölkələr arasında da əlaqələrin bugünkü səviyyəsi ölkəmizin artan beynəlxalq nüfuzuna işarədir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” sənədi imzalandı, yaxın günlərdə isə strateji tərəfdaşlıq sazişinin yekun mərhələsi başa çatacaq. Bu, Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir. Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir”.
Vüqar Rəhimzadə qeyd edib ki, Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu dövlətimizin başçısı İlham Əliyevin reallaşdırdığı siyasətə, təkmil islahatlara xalqın dəstəyinin, həmçinin bu və ya digər sahələrdə uğurlarımızın təqdimatı kimi dəyərləndirilir: “Sözsüz ki, xalqın öz Prezidentinə inamının böyük olduğu ölkədə davamlı inkişaf, xoş ab-hava, ruh yüksəkliyi inkaredilməzdir. Uğurlarımıza qısa baxış daxili və xarici anti-Azərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. Bu, danılmaz faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici anti-Azərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur. Amma hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olmağa məhkumdur. Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir. Xarici anti-Azərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlətimizin başçısı və Onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövq edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır”.
Baş redaktor bir daha vurğulayıb ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır. Ən yüksək zirvələri fəth edən, hər bir sahədə beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən əsası ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər də çoxalır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31