Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
20.04.2019 [10:17]
Aprelin 19-da AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA xəbər agentliyinin təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam, informasiya və kommunikasiya texnologiyaları naziri Nguyen Manh Hung və nümayəndə heyətləri OANA-nın üzv agentliklərinin təqdim etdiyi fotolardan ibarət sərgiyə baxıblar. Rəsmi qonaqlar AZƏRTAC-ın təqdim etdiyi fotolarla da maraqla tanış olublar.
İclasın açılış mərasimində Vyetnamın dövlət himni səslənib, bu ölkəyə həsr olunan videoçarx nümayiş etdirilib.
VNA agentliyinin baş direktoru Nquyen Duc Loi çıxışında OANA İcraiyyə Komitəsinin iclasının Hanoyda keçirilməsini bu təşkilatın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib. O, iclasın təşkilinə göstərdiyi dəstəyə görə OANA-nın sədrinə - AZƏRTAC-a təşəkkür edib.
Sonra çıxış edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam müasir medianın informasiya texnologiyalarının inkişafı dövründə ciddi çağırışlarla üz-üzə qaldığını qeyd edib. O deyib ki, yalnız jurnalistika dəyərlərinə söykənən media bu çağırışların öhdəsindən məharətlə gələ biləcək. Bu baxımdan OANA-nın inkişafının vacibliyini vurğulayan Baş nazirin müavini təşkilatın prezidenti Aslan Aslanovun və AZƏRTAC-ın sədr kimi bu istiqamətdə səylərinin önəmli olduğunu diqqətə çatdırıb.
OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirakçıları salamlayaraq iclasın yüksək səviyyədə keçirilməsinə görə Vyetnam hökumətinə, Baş nazirin müavininə və VNA agentliyinə təşəkkürünü bildirib.
Müasir dövrdə media qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edən OANA prezidenti deyib ki, Dünya Xəbər Agentlikləri Konqresi və OANA-nın sədri olaraq AZƏRTAC hər iki qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verməyə çalışır. Bu baxımdan səmərəli əməkdaşlıq mexanizmləri, innovasiyalar və təcrübə mübadiləsi kimi üç amil daim diqqətdə saxlanılır.
“Müasir yeniliklərə adaptasiya olmaq vacib amildir. Eyni zamanda, jurnalistika ənənələrini qoruyub saxlamaq da bizim peşə borcumuzdur. Onlayn media və sosial şəbəkələrin geniş yayıldığı, feyk xəbərlər kimi təhlükəli meylin gücləndiyi bir vaxtda informasiyanın düzgünlüyünü, obyektivlik və tərəfsizliyini daim yüksək tutmaq üçün mütəmadi səylər göstərməli oluruq, bu sınaqlardan birgə keçməyə çalışırıq. Regionun əsas xəbər agentliklərini birləşdirən OANA bu çağırışlara tutarlı cavab vermək üçün güclü platformaya çevrilə bilər. Bunun üçün yenilikləri gecikmədən tətbiq etmək, təşkilatı daha da müasirləşdirmək, daha çevik informasiya mübadiləsi mexanizmləri yaratmaq lazımdır”, - deyə Aslan Aslanov vurğulayıb.
Qeyd edək ki, Hanoyda işə başlayan OANA İcraiyyə Komitəsinin 44-cü iclası aprelin 20-dək davam edəcək.
İclasda Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
OANA-nın cari məsələlərinin, media qarşısında duran çağırışların, feyk xəbərlərlə mübarizənin, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlərin müzakirə edildiyi iclasda təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunacaq.
İclas işini sessiyalarla davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

