Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda "VTB Bank"ın nümayəndəliyi açılıb

Bakıda "VTB Bank"ın nümayəndəliyi açılıb

24.11.2009 [11:52]

Dünən Bakıda Rusiyanın ən böyük banklarından olan “VTB Bank”ın nümayəndəliyi açılıb. Mərasimdə Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyanın rəhbəri Sergey Narışkin, Baş nazirin birinci müavini Yaqub Eyyubov, “VTB Bank”ın idarə heyətinin sədri - prezidenti Andrey Kostin, Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər. Mərasimdə çıxış edən S.Narışkin Azərbaycan-Rusiya əlaqələrinin inkişaf sürətindən danışıb, bu əlaqələrin fonunda bank sektorunun əhəmiyyətini xüsusi vurğulayıb. O, bu nümayəndəliyin açılmasını Rusiyanın Azərbaycana verdiyi yüksək əhəmiyyətin təcəssümü kimi qiymətləndirib. Daha sonra S.Narışkin və Y.Eyyubov bankın xatirə kitabına ürək sözlərini yazıblar. A.Kostin açılışdan sonra jurnalistlərə bildirib ki, bank geniş spektrli bank xidmətləri göstərəcək. Əvvəlcə bankın fəaliyyəti korporativ müştərilərə xidmət göstərilməsinə və xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək. Gələcəkdə isə bu xidmətlər siyahısına biznesin fərdi, investisiya və digər istiqamətləri əlavə olunacaq.


Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31