Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elmar Məmmədyarov: Baza prinsipləri razılaşdırıldıqdan sonra sülh müqaviləsinin imzalanmasına yol açılacaq

Elmar Məmmədyarov: Baza prinsipləri razılaşdırıldıqdan sonra sülh müqaviləsinin imzalanmasına yol açılacaq

02.12.2009 [09:49]

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda dinamika var. Bu, həmsədr ölkələrin xarici işlər nazirlərinin bəyanatında da hiss olunur. Mən bugünkü görüşü belə qiymətləndirirəm ki, gələn il bizi xeyli iş gözləyir. Danışıqları daha da intensivləşdirmək arzusu var və bunu alqışlamaq lazımdır”. APA-nın Afinaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri azərbaycanlı jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, mövqelərin yaxınlaşdırılması vasitəsilə ən azı baza prinsiplərinə dair razılıq əldə oluna bilər ki, bu da hərtərəfli sülh müqaviləsinin imzalanmasına əsas yaradar.
Erməni tərəfinin mövqeyinin konstruktiv olub-olmadığı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, budəfəki görüş işçi xarakter daşıyıb və münaqişənin həlli barədə sənəd müzakirə edilməyib: “Biz danışıqların formatından danışdıq. Sənəd üzrə sonuncu müzakirələr Münhendə prezidentlər səviyyəsində aparılıb. Bundan sonra həmsədrlər həmin görüşdə qəbul olunmuş təkliflər üzərində çalışmağa başlayıb. Həmsədrlərin səfərindən sonra gələn il danışıqların necə davam etdiriləcəyinə dair qrafik tərtib etmək olar”.
Xatırladaq ki, E.Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Yunanıstanın paytaxtında keçirilən iclasında iştirak edir.

Paylaş:
Baxılıb: 1154 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31