/ / Əli Əhmədov: İnanıram ki, Yeni Azərbaycan Partiyasının gənclərinin başladığı qayğı aksiyası bir nümunə olacaq, digər insanlar da ona qoşulacaqlar
Əli Əhmədov: İnanıram ki, Yeni Azərbaycan Partiyasının gənclərinin başladığı qayğı aksiyası bir nümunə olacaq, digər insanlar da ona qoşulacaqlar
06.07.2019 [10:21]
“Yeni Azərbaycan Partiyasının gəncləri dünəndən çox lazımlı və humanist layihəyə başlayıblar. Fədakar gənclərimiz aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə kömək göstərir, onlara dayaq olmağa çalışırlar. Əvvəlcədən demək istəyirəm ki, bu, nə partiya çağırışı, nə də tapşırıqdır. Gənc oğlan və qızlar öz təşəbbüsləri ilə belə bir hərəkata başlayıb, özlərinin çox da olmayan imkanları ilə ehtiyacı olan insanlarımıza qayğı göstərirlər. Təqdirəlayiq hərəkətdir. İnsanpərvərliyin və humanizmin diqqətəlayiq ifadəsidir. Bu, eyni zamanda, dövlətimizin həyata keçirdiyi sosial siyasətə gəncliyin özünəməxsus dəstəyi kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2019-cu ilin birinci yarısında minimum əməkhaqları və pensiyalar 2 dəfə, ayrı-ayrı kateqoriyadan olan vətəndaşlara, o cümlədən məcburi köçkünlərə, şəhid ailələrinə və Qarabağ əlillərinə verilən pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Gənclərimiz də Prezidentin humanist addımına dəstək ifadə edərək sözügedən aksiyaya başlayıblar”. Bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində yerləşdirilmiş “İnsana qayğı ən böyük dəyərdir” adlı məqaləsində yer almışdır.
“İnsana qayğı insanlığın ən ali dəyərlərindəndir”, - deyə qeyd edən Əli Əhmədov daha sonra bildirir: “Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının gəncləri bu keyfiyyəti dərindən mənimsəyib, qayğıya, köməyə, adi bir diqqətə ehtiyacı olan insanları yaddan çıxarmır, onlarla bir yerdədir. Söhbət heç də yalnız maddi dəstəkdən getmir. Bəzən mənəvi dəstək daha gərəkli və gözlənilən olur. Mən Azərbaycanın bütün gənclərini aksiyaya qoşulmağa çağırıram. Ətrafdakılara diqqət və qayğı göstərsən, sən də heç zaman diqqət və qayğıdan kənarda qalmazsan”.
Baş nazirin müavini Əli Əhmədov sonda gənclərə müraciət edərək hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa dəvət edib: “Mən üzümü müəyyən qrupların, partiyaların və təbliğatların təsiri altında və ya birbaşa çağırışları ilə aqressivləşən, insanları təhqir etməyə, ölkəmizin parlaq imicinə ləkə vurmağa meyilli olan gənclərə tutaraq demək istəyirəm ki, gəncliyə xas olan tükənməyən enerjinizi daha lazımlı işlərə sərf edin. Həm ölkəmiz, həm də insanlar üçün faydalı olmağa çalışın.
İnanıram ki, Yeni Azərbaycan Partiyasının gənclərinin başladığı qayğı aksiyası bir nümunə olacaq, digər insanlar da ona qoşulacaqlar.
Sağ olun, gənclər! Sizinlə fəxr edirik”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

