Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misirin milli bayramı münasibətilə Bakıda qəbul keçirilib

Misirin milli bayramı münasibətilə Bakıda qəbul keçirilib

11.07.2019 [09:30]

İyulun 10-da Bakıda Misirin milli bayramı münasibətilə qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.
Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim tədbirdə çıxış edərək deyib ki, Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub.
Ölkəsinin müstəqillik tarixindən söz açan səfir Misirlə Azərbaycan arasında müxtəlif sahələrdə sıx dostluq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov milli bayram münasibətilə Misir xalqını təbrik edib. O bildirib ki, Azərbaycan ilə Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin inkişaf potensialı çox böyükdür.
Ziyafət Əsgərov yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31