“İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı kitabın təqdimatı olub
11.07.2019 [09:31]
İyulun 10-da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə iordaniyalı tarixçi və jurnalist Ömər əl-Armutinin müəllifi olduğu “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan dilinə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə tərcümə olunub.
Kitabın məsləhətçisi Rafiq Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu, Ömər əl-Armutinin ölkəmizlə bağlı ikinci nəşridir. O, Azərbaycan ilə İordaniya arasındakı münasibətlərdən, ölkələrimizin oxşar cəhətlərindən danışıb.
R.Əliyev nəhəng güc sahiblərinin beynəlxalq hüququn normalarına məhəl qoymadığını, nəticədə qanlı müharibələrin, vətəndaş qarşıdurmalarının baş verdiyini söyləyib. O deyib ki, ikili standartlar artıq beynəlxalq münasibətlərdə bir normaya çevrilməkdədir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvləri bu kimi xoşagəlməz hallarla mübarizəyə töhfə verə bilərlər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov deyib ki, Azərbaycan İslam dünyasında həmrəyliyin yaradılmasında böyük səylər nümayiş etdirir. Azərbaycan müsəlman ölkələri, o cümlədən İordaniya ilə 25 ildən artıqdır ki, bir çox sahələrdə uğurlu əməkdaşlıq edir. Kitabda da qeyd olunduğu kimi, əsası Ümummilli Lider Heydər Əliyev və Kral Hüseyn bin Talal tərəfindən qurulmuş Azərbaycan-İordaniya dostluq və əməkdaşlıq əlaqələri bu gün yüksələn xətt üzrə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirirlər.
Bəhruz Həsənov bildirib ki, Ömər əl-Armutinin müəllifi olduğu kitabda onun Azərbaycana olan sevgisi açıq şəkildə görünür. O, ölkəmizə sevgisini poeziya dilində vəsf edib.
Prezident Administrasiyasının məsul əməkdaşı hər iki ölkənin jurnalistləri arasında qurulan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə xidmətlərini qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri və kitabın redaktoru Fazil Abbasov yeni nəşrin önəmindən danışıb. O deyib ki, Ömər Əl-Armutinin dörd il əvvəl işıq üzü görmüş “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı ötən il Assosiasiya tərəfindən tərcümə edilərək nəşr olunub.
Fazil Abbasov bildirib ki, bu gün İslam dəyərlərinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasında müsəlman ölkələrinin, o cümlədən bu ölkələrin jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var. Bu gün bu həmrəylik Azərbaycan və İordaniya tərəfindən layiqincə nümayiş etdirilir.
Assosiasiyanın sədri vurğulayıb ki, bu kitabda təkcə müəllifin öz düşüncələri deyil, digər iordaniyalı müəlliflərin, jurnalistlərin fikirləri də öz əksini tapıb.
Nəşrin digər məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, bu kitab Azərbaycan dövlətinə və xalqına olan sevginin nəticəsidir. Bu nəşr vasitəsilə Azərbaycan mədəniyyəti və tarixi İordaniyada geniş təbliğ olunur. Bu işin həyata keçməsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının mühüm xidmətləri var.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycan və İordaniya müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına yol açıb. Ömər əl-Armuti kitablarında Azərbaycanın üzləşdiyi problemlərlə yanaşı, əldə etdiyi nailiyyətləri də iordaniyalılara çatdırır.
Kitabın müəllifi, iordaniyalı tarixçi-yazıçı Ömər əl-Armuti bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabından sonra “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı yeni nəşri onun Azərbaycana olan sevgisini sübut edir. Yeni kitabda Azərbaycan-İordaniya dostluq və qardaşlıq münasibətlərindən bəhs olunur. O qeyd edib ki, bu kitabları yazmaqda məqsədi ərəb ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verməkdir.
Ömər əl-Armuti vurğulayıb ki, Dağlıq Qarabağda törədilən faciələr İslam dünyasına qarşı hücumların bir hissəsidir. Bu səbəbdən İslam həmrəyliyi daha da möhkəmləndirilməlidir.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

