/ / Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
16.07.2019 [09:53]
İyulun 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli toplantısının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker üçtərəfli görüşün parlamentlərarası münasibətlərimizin daha da inkişafına dəyərli töhfə verəcəyinə inamını bildirib. Qeyd edib ki, bu cür görüşlərin müntəzəm keçirilməsi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Görüşdə bildirilib ki, bu formatda tədbirlərin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində məhz Bakıda yaranıb. Sonrakı görüşlər müvafiq olaraq Gürcüstanda və Türkiyədə keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əsasda əməkdaşlıq həm ölkələrimizin liderləri, həm də ayrı-ayrı struktur təşkilatlarımızın rəhbərləri arasında formalaşdırılıb. Bu cür çoxtərəfli əməkdaşlıq platformasının qurulması anlaşılan bir haldır, çünki Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq regional sülhün və sabitliyin, hərtərəfli inkişafın əsas dəstəkləyici amillərindən biridir. Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması və möhkəmləndirilməsində maraqlıdır. Azərbaycanın ayrı-ayrılıqda həm Türkiyə, həm də Gürcüstan ilə yüksək səviyyəli, strateji xarakterli əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir.
Spiker belə bir fikri vurğulayıb ki, qloballaşan dünyada dövrün çağırışlarına cavab vermək baxımından hər üç ölkə parlamentindəki xarici əlaqələr komitələri üzvlərinin, o cümlədən beynəlxalq təşkilatlarda təmsil olunan digər deputatların mütəmadi görüşləri çox önəmlidir.
Türkiyə və Gürcüstan nümayəndələri Azərbaycan parlamentində yüksək səviyyədə təşkil olunmuş bu tədbirə verdiyi dəstəyə görə Spiker Oqtay Əsədova təşəkkür edib, üçtərəfli görüşün nəticələrini yüksək dəyərləndiriblər. Bildirilib ki, belə tədbirlər regionda baş verən proseslərin müzakirəsi, həyatın müxtəlif sahələrində əlaqələrin daha da dərinləşməsi üçün uğurlu platformadır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

