İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar
17.07.2019 [09:20]
İyulun 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyib. Bildirilib ki, ölkəmiz müsəlman Şərqində ilk dəfə demokratik, parlamentli dövlət qurub. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi təntənəli surətdə qeyd olundu. Hazırda ölkəmizdə siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əhəmiyyətli islahatlar aparılır. Eneryi sektorunda həyata keçirilən qlobal layihələrdə ölkəmiz fəal iştirak edir. Biz region və dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq. Ölkəmizdə multikultural, tolerantlıq kimi dəyərlər geniş təbliğ olunur. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, dövlətimizin sürətli inkişafında parlament önəmli rol oynayır. Bütün strukturlarda olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qanunverici orqanda həyatın müxtəlif sahələrini əhatə edən komitələr formalaşıb. Xarici ölkələrlə əlaqələr üzrə parlamentlərarası işçi qrupları mövcuddur. Deputatlarımız qanun yaradıcılığı ilə yanaşı, mötəbər beynəlxalq təşkilatlarda da fəal iş aparırlar.
Sevinc Fətəliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə sosial, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib. Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandez səfərin məqsədinin Azərbaycanın beynəlxalq əməkdaşıq sahəsində təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söyləyib. O, ölkəmizdə müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) uğurlu fəaliyyəti barədə söhbət açıb. Qurumun dünyanın müxtəlif bölgələrində mövcud olan sosial problemlərin aradan qaldırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Qonaq təmsil etdiyi təşkilatla AIDA arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan dünyada getdikcə daha böyük nüfuz qazanır.
Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

