Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
18.09.2019 [09:20]
Cənab Prezident İlham Əliyevin hərtərəfli inkişaf strategiyasının mahiyyətində mövcud imkan və resurslara söykənərək Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaq dayanır. Bununla yanaşı, Prezidentin müəyyənləşdirdiyi bu kompleks inkişaf xətti səmərəli dövlət idarəetməsini, qanunun aliliyini, insanların hüquq və azadlıqlarının tam təminatını və vətəndaşların respublikamızın ictimai həyatında fəal statusunu da özündə ehtiva edir.
Prezidentin 16 illik fəaliyyəti nəticəsində Azərbaycan hazırda iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətədavamlı ölkəyə çevrilib. Bu gün Azərbaycanın ən ucqar bölgələrində də vətəndaşlarımızın rahat gündəlik həyatı üçün zəruri olan rabitə, internet, bank və kommunal xidmətlər, yollar və digər kommunikasiyalar, səviyyəli səhiyyə və təhsil xidmətləri təmin edilib.
1990-cı illərin yoxsul Azərbaycanı bu gün əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə endirildiyi, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə malik və hər bir vətəndaşı üçün geniş imkanlar təqdim edə bilən regionun lider dövlətlərindən birinə çevrilib. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizi beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəltməyi əsas hədəf kimi müəyyənləşdirərək bunun reallaşdırılması istiqamətində çalışır.
Məhz Azərbaycanın bu sadaladığımız çoxşaxəli inkişafı qaçıb xaricdə “mühacir” adının kölgəsində gizlənib dövlətimizə qarşı çirkin kampaniyalar aparan qaragüruhu dərindən narahat edir. Həmin bu qaragüruh “mühacirlər” merkantil maraqları ucbatından anti-Azərbaycan dairəyə daxil olan müxtəlif xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin və digər bədniyyət çevrələrin əlində alətə çevrilirlər. Zaman-zaman Azərbaycana qarşı təsir rıçaqları kimi istifadə edilən “mühacirlər”in sırf qrant üçün öz dövlətinə və dövlətçilik ənənələrinə ziyan vurmaq cəhdləri uğursuzluqla nəticələnib və bundan sonra da onların çirkin niyyətləri reallaşmayacaq. Ona görə ki, Azərbaycan yuxarıda sadaladığımız kimi, bu gün müstəqil siyasət yürüdən qüdrətli dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, xalqımız seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi birləşib. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətt cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir.
Xalqımız həmişə zamanın sınaqlarından üzüağ çıxıb və bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən bir ovuc qara qüvvənin dövlətimizə qarşı apardığı mənfur planları puça çıxaracaq. Xaricdən idarə olunan bu cür qüvvələrin müdaxilələri heç vaxt hədəfinə çatmayacaq.
Ətrafına yüzminlərlə vətəndaşımızı toplayan Yeni Azərbaycan Partiyası həmişə belə həssas məqamlarda lokomotiv qüvvə olduğunu nümayiş etdirərək cəmiyyəti dövlətimizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə həmrəyliyə çağırır. Çünki YAP-ın Azərbaycanın milli dövlətçilik tarixində, cəmiyyət həyatında kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından çox-çox üstündür. Partiyamızın fəaliyyətinin ilk günlərindən dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, özünü Azərbaycana bağlı sayan hər kəsin bu partiyada öz yerini görməsi, onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsi də bir daha sübut edir ki, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq. Güclü dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək.
Hüseynbala Mirələmov,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

