Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

20.08.2026 [18:55]

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 24-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə test imtahanları keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar elektron formada, kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. BA və BB qrupları üzrə imtahan saat 10:00-da, AB və AC qrupları üzrə imtahan isə saat 16:00-da başlayacaq. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı avqustun 20-si saat 14:00-dan sentyabrın 9-u saat 18:00-dək aparılacaq.

Namizədlər imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalı və hesablarına müvafiq məbləğdə vəsait daxil etməlidirlər. Şəxsi kabineti olmayan namizədlər qeydiyyatdan əvvəl kabinet yaratmalıdırlar. Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra namizədlər DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidmətindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları ilə DİM-in internet saytı vasitəsilə tanış olmaq mümkündür. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmır.

Qeyd edək ki, imtahanlar dövlət qulluğu vəzifələrinin A növünə aid AB və AC, B növünə aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31