Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / NOAA: El-Nino hadisəsinin rekord həddə çatma ehtimalı yüksəkdir

NOAA: El-Nino hadisəsinin rekord həddə çatma ehtimalı yüksəkdir

20.08.2026 [15:58]

Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, El-Nino hadisəsinin proqnozlaşdırılandan daha güclü səviyyədə pik həddə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, NOAA-nın son proqnozlarına əsasən, El-Nino şəraiti sürətlə güclənməkdə davam edir. Payızın sonunda və qışın əvvəlində proqnozlaşdırılandan daha şiddətli səviyyədə pik həddə çatacağı gözlənilən El-Ninonun “rekord qıracaq” intensivliyə doğru irəlilədiyi bildirilir.

NOAA-nın məlumatına görə, El-Ninonun 1950-ci ildən başlayan müşahidələr tarixində qeydə alınmış ən güclü hadisə olması ehtimalı təxminən 70 faizdir. Onun 1982–1983-cü illərdə baş vermiş “Super El-Nino” hadisəsini də geridə qoyacağı gözlənilir.

Mütəxəssislər isə qlobal istiləşmənin təsirlərinin El-Nino ilə birləşərək isti hava dalğalarının və təbii fəlakətlərin şiddətinin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Gözlənilən El-Nino hadisəsinin gücü səbəbindən 2027-ci ilin meteoroloji müşahidələr tarixində ən isti il rekordunu qıracağına, demək olar ki, əminliklə yanaşıldığı, 2026-cı ilin də eyni rekordu qırmasının mümkün olduğu bildirilir.

Paylaş:
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31