Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
24.09.2019 [09:11]
Çin kütləvi informasiya vasitələri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini diqqətdə saxlayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin əsas media qurumlarından milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası (CCTV), rəsmi “Renmin Ribao” qəzeti, digər populyar xəbər saytları mövzu ilə bağlı Çin, ingilis və rus dillərində dəfələrlə reportajlar və xəbərlər, geniş məqalələr hazırlayıblar.
Sinxua agentliyinin “Diqqət mərkəzində: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər” başlıqlı reportajında Prezident İlham Əliyevin Çin qanunverici orqanının rəhbəri Li Canşu ilə görüşündə iki ölkə arasında münasibətlərin sürətlə inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə geniş yer verilib.
Reportajda, həmçinin nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədov və Baş Nazir Novruz Məmmədov ilə görüşlərindən, Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətindən, Heydər Əliyev Mərkəzi və xalça muzeyi ilə tanışlığından söz açılır.
Çin KİV-lərinin mövzu ilə bağlı materiallarında Li Canşunun sözlərinə istinadla qeyd olunur ki, Çin nümayəndə heyətinin Bakıya səfəri dövlət başçılarının Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafı ilə bağlı əldə etdiyi razılaşmaların icrasına və qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə dəstək məqsədi daşıyır.
Li Canşunun “Hər bir ölkənin nadir tarixi, milli şəraiti və mədəniyyəti var. Ona görə də fərqli sivilizasiyalar harmoniyalı şəkildə yaşamalı və bir-birindən öyrənməlidir” fikrini vurğulayan Çin KİV-ləri yenə Çin rəsmisinə istinadla yazır ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Azərbaycanın Milli Məclisi ilə xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin və mübadilənin inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır.
Materiallarda iki ölkə arasında iqtisadi əlaqələrdən də söz açılaraq bildirilir ki, Li Canşu Baş Nazir Novruz Məmmədov ilə görüşdə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın “Bir kəmər, bir yol” boyunca vacib ölkə olduğunu deyib.
Daimi Komitənin sədri ölkəsinin Azərbaycan ilə iqtisadi və ticari əməkdaşlığı dərinləşdirməyə, “Bir kəmər, bir yol” strategiyasının icrasında əməkdaşlığa hazır olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

