Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir

Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir

17.10.2019 [09:57]

“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı dövlətimizin və xalqımızın bir qarış torpağını güzəştə getməyəcəyini bir daha təsdiqləyir. Dövlətimizin başçısının bu bəyanatından sonra ölkəmizdə “Qarabağ Azərbaycandır!” hərəkatı böyük vüsət alıb”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, bu hərəkat xalqımızın öz torpaqlarını erməni işğalından azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır. Onun sözlərinə görə, işğalçı Ermənistan dövlətimizin başçısının qətiyyətli mövqeyindən nəticə çıxarmalıdır. İşğalçı dövlət anlamalıdır ki, Azərbaycan dövləti işğal faktı ilə heç zaman barışmayacaq.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimiz prinsipial mövqe nümayiş etdirir. Bu da ondan ibarətdir ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan bu reallığı nə qədər tez anlasa, o qədər yaxşıdır. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı onlara xəbərdarlıqdır. Bu bəyanat təkcə Ermənistana deyil, bütün dünyaya mesajdır. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan öz gücü ilə torpaqları işğaldan azad edəcək. Respublikamızın hər yerində “Qarabağ Azərbaycandır!” şüarının qətiyyətlə səslənməsi və hərəkata çevrilməsi də bunu təsdiqləyir. “Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızın torpaqlarımızın azadlığı uğrunda mübarizəsində əsas ideoloji faktorlardan biridir. İnanırıq ki, bu hərəkat torpaqlarımız işğaldan azad olunana qədər cəmiyyətimizin milli ideyası olaraq qalacaq”, - deyə millət vəkili vurğulayıb.

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31