Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
17.10.2019 [10:06]
“Türkdilli dövlətləri bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu baxımdan, münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bakı şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü də dostluq və qardaşlıq mühitində keçirildi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, son illər türkdilli ölkələr arasında əlaqələr daha da genişlənir. Onun sözlərinə görə, Özbəkistanın Türk Şurasına tam hüquqlu üzv olması, Macarıstanın təşkilatın işində fəal iştirak etməsi türk birliyini daha da gücləndirəcək: “Özbəkistanla da əlaqələrimizin tarixi kökləri var. Bu ölkənin Türk Şurasına tam hüquqlu üzv olması təşkilatın fəaliyyətini daha da gücləndirəcək. Azərbaycan-Özbəkistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri kimi məni bu hadisə çox sevindirir. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin təşkilata qoşulmaq haqqında qərarı bütün üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Macarıstanın Baş Nazirinin Zirvə Görüşündə və Türk Şurasının işində fəal iştirakı təşkilatı daha da gücləndirəcək. Ümid edirik ki, Türkmənistan da yaxın zamanlarda Türk Şurasına qoşulacaq”.
Komitə sədri qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev türkdilli ölkələrin birliyi üçün böyük xidmətlər göstərib: “Bu gün Onun ideyaları inkişaf edir. Bilirsiniz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda qoyulub. Naxçıvanı təmsil edən millət vəkili kimi deyə bilərəm ki, bu sazişin imzalanması Naxçıvanın da həyatında mühüm tarixi hadisə oldu. Ötən 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib, münasibətlərimiz daha da güclənib. Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olub. Sazişin əsas məqsədi türkdilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib”.
“Bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli xalqların inteqrasiyası yolunda Ümummilli Liderimiz Heydər Əliyevin müdrik təşəbbüsləri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Hesab edirəm ki, türkdilli ölkələrin əlaqələri bundan sonra daha da güclənəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

