Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18.10.2019 [09:55]
Dövlətimizin inkişafı və insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadiyyatın şaxələndirilməsi, diferensiallaşdırılması istiqamətində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Azərbaycan Prezidentinin çıxışı bunu bir daha təsdiqlədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ölkə rəhbərinin də qeyd etdiyi kimi, aparılan sosial-iqtisadi islahatlar nəticəsində bu ilin doqquz ayında göstəricilər qənaətbəxşdir. Hesabatın nəticələri ölkə iqtisadiyyatının davamlı inkişafından və rəqabətliliyindən xəbər verir. Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini göstərir. Qeyri-neft sənayesi üzrə iqtisadi artımın 15 faizdən, qeyri-neft sektorunda isə 3 faizdən çox olduğunu qeyd edən ölkə rəhbəri bu göstəricilərin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı aparılan düzgün siyasətin nəticəsi olduğunu vurğuladı. Bunlar çox mühüm göstəricilərdir və bizi gələcəyə nikbin baxmağa ruhlandırır.
Hikmət Babaoğlu deyib ki, iqtisadi müşavirədə Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial paket layihələrinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, 4,2 milyon nəfəri əhatə edən layihə nəticəsində insanların minimum əməkhaqqı, pensiyaları artıb, onların maddi rifah halı yaxşılaşıb. Əməkhaqqı və pensiyanın artırılması ilə bərabər alıcılıq qabiliyyətinə də diqqət yetirilib. Digər MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda alıcılıq qabiliyyəti daha yüksəkdir. MDB məkanında əməkhaqqının, pensiyanın məbləği çox olsa da, alıcılıq qabiliyyəti aşağıdır. Dövlətimizin başçısı vurğulayıb ki, bundan sonra da davamlı olaraq əhalinin əməkhaqları və pensiyası artırılacaq, bu istiqamətdə islahatlar davam etdiriləcək.
Vergidən yayınma hallarının iqtisadiyyatın inkişafını ləngidən səbəblər olduğunu qeyd edən deputat deyib: “Azərbaycan Prezidenti hər dəfə olduğu kimi, ölkədə şəffaflığın təmin olunmasının, vergidən yayınma hallarının qarşısının alınmasının vacibliyini vurğuladı və bildirdi ki, korrupsiya hallarının qarşısı birmənalı şəkildə alınmalıdır. Prezident birmənalı şəkildə xalqa müraciət edərək şəffaflığın təmin olunması, korrupsiyaya nəzarət edilməsi məsələsinə rəylərini, münasibətlərini bildirməyin vacibliyini qeyd etdi. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı bu cür hallarla barışmaz mövqe, qətiyyət nümayiş etdirsə, aparılan siyasət də bir o qədər səmərəli olar. Çox güclü siyasi iradənin ortaya qoyulduğunu bildirən Prezident Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istədiyimizi və buna nail olacağımızı vurğuladı”, - deyə deputat bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, “Doing Business” hesabatında dünya miqyasında Azərbaycanın biznes mühitinə görə 25-ci yerdə, son hesabatda isə yenə də 20 ən islahatçı ölkə sırasında yer alması faktı onu göstərir ki, ölkəmizdə dayanıqlı inkişaf təmin olunur. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, dövlətin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahının təmin olunması durur və onun işinə ən böyük qiyməti Azərbaycan xalqı verir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

