Rasim Quliyev: Azərbaycan xalqının ən böyük sərvəti onun müstəqilliyidir
19.10.2019 [09:46]
“18 oktyabr Azərbaycan tarixinə müstəqil dövlətinin hüquqi cəhətdən müstəqilliyinin rəsmiləşdirildiyi əlamətdar gün kimi daxil olub”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
Bu gün dünyada mövcud olan 5 mindən çox xalqın heç də hamısının müstəqil dövləti olmadığını deyən R.Quliyev bildirib ki, Azərbaycan xalqının ən böyük sərvəti, neməti onun müstəqilliyidir. Ekspert söyləyib ki, Azərbaycanın müstəqil dövlət kimi qurulması yolu heç də hamar olmayıb.
Azərbaycanın müstəqillik qazanmaq üçün keşməkeşli, çətin yollardan keçdiyini söyləyən R.Quliyev vurğulayıb ki, ölkəmizin uzun bir dövrə söykənən dövlətçilik ənənəsinin olmasına baxmayaraq, Azərbaycan yalnız 200 ildən sonra yenidən öz müstəqilliyini qurmaq səadətinə nəsib olub: “Ölkəmiz keçmiş sovetlər birliyinin tərkibində digər respublikalar kimi 70 il yaşasa da, müstəqillik arzusunu hər zaman qəlbində yaşadıb. Lakin Azərbaycan ötən əsrin 90-cı illərində bu ittifaqın dağılması nəticəsində yaranan geopolitik vəziyyətdən, əlverişli şəraitdən istifadə edərək öz müstəqillik aktını qəbul etdi”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu günlərdə mətbuatda dərc edilmiş 18 Oktyabr - Azərbaycanda Müstəqillik Aktının qəbul olunmasına həsr olunan məqaləsini xatırladan siyasi ekspert vurğulayıb ki, Prezidentin köməkçisinin hər bir tezisi böyük elmi işin əsasıdır: “Əli Həsənov bir alim kimi bu materalı cəmiyyət üçün tezisləşdirsə də, orada qeyd olunan hər bir fikir elmi əsərlərin əsasını təşkil edir. Yazıda Azərbaycanın müstəqilliyini qazanması yolu çox geniş şəkildə təsvir olunub”.
Azərbaycan xalqının müstəqillik qazanmaq üçün dəfələrlə mübarizəyə qatıldığını deyən R.Quliyev qeyd edib ki, xalqımız əsrin əvvəlində Şərqdə ilk dəfə demokratik parlament respublikası qurmağa nail olub: “Həmin xalq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində yenidən meydana çıxaraq öz müstəqilliyini bərpa etdi”.
R.Quliyev vurğulayıb ki, bu gün 195 ölkə dövlət olaraq tanınır: “Onlardan 193-ü BMT-nin qeydiyyatından keçib, lakin Fələstin və Vatikan hələ də qeydiyyatdan keçməyib. Bu gün Azərbaycan xalqı müstəqil dövlətə sahib olduğu üçün çox xoşbəxtdir. Bu gün dünya əhalisinin 60 milyonunu azərbaycanlılar təşkil edir. Azərbaycan təkcə ölkəmizdə yaşayan 10 milyon insanın deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların dövlətidir. Müstəqillik günü münasibətilə hər bir azərbaycanlını təbrik edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

