Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
22.10.2019 [09:28]
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqının (Aİ) sözçüsünün oktyabrın 19-da Bakıda aksiyanın keçirilməsi cəhdi ilə bağlı açıqlamasına dair AZƏRTAC-ın sualını cavablandırıb.
Bununla bağlı Leyla Abdullayeva deyib: “Təəssüflə qeyd etmək istərdim ki, Avropa İttifaqının sözçüsü tərəfindən verilən açıqlamada qeyd edilmir ki, bu aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrılmışdı. Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranmışdır. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmamış və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi.
Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir. Aİ sözçüsünə İttifaqın üzv ölkələri ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc və insan ölümü halları barədə, eləcə də bu ölkələrdə artmaqda olan islamofobiya, radikal millətçi, hətta faşist partiyalarının fəaliyyəti haqqında düşünməyi tövsiyə edirik. Qeyd olunan məsələlərlə bağlı Aİ-nin açıqlamalarının verilməsi digər ölkələr tərəfindən İttifaqın fərqli standartlara yol vermədiyinə inamı artıra bilərdi”.
Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası, digər müvafiq qanunları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

