Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar

Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar

22.10.2019 [09:31]

“Bu gün özünü Demokratik Qüvvələrin “Milli şura”sı adlandıran qurum “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq onlar üçün müəyyən olunmuş yerdə deyil, qeyri-qanuni şəkildə tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar”.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, istər Bakı Şəhər İcra Hakimiyyəti, istərsə də hüquq-mühafizə orqanları ərazinin mitinq keçirmək üçün münasib yer olmadığını bəyan etmişdi: “Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda göstərilir ki, mitinq yalnız digərlərinin hüquqlarının pozulmasına yol açmayan yerlərdə keçirilə bilər. Amma onların təxribat yaratması səbəbindən insanların nəqliyyat hüququ pozuldu, habelə üç metro stansiyanın fəaliyyəti dayandırıldı, çox sayda avtobusun marşrut istiqaməti dəyişdirildi”.
S.Novruzov bildirib ki, onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar: “Xalq da bunu başa düşdü və gördü. İnsanlar gördülər ki, onların məqsədi hər hansı məsələyə etiraz etmək yox, qarşıdurma yaratmaq, Azərbaycanın artan nüfuzuna, beynəlxalq aləmdə gördüyü işlərə, Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü və dövlət başçısı İlham Əliyevin qətiyyətli şəkildə ortaya qoyduğu erməni separatizminin ifşa olunması və sairi nəzərə alıb qarşıdurma yaratmaq idi. Təbii ki, bu, onlar üçün erməni lobbisi, ayrı-ayrı fondlar, təşkilatlar və dövlətlər tərəfindən bir tapşırıq idi. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycanda qarşıdurma yaratmalı idilər. Ötən dəfə keçirilən piketdə də şahidi olduq ki, ayrılmış yer bir tərəfə qalaraq tamamilə başqa istiqamətdə təxribat törətməyə cəhd göstərdilər. Azərbaycan əhalisi çox yaxşı başa düşür ki, indi 90-cı illər deyil. Odur ki, heç kim onların təxribatına uymur”.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31