/ / Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
23.10.2019 [09:44]
Oktyabrın 22-də Yaponiya İmperatoru Naruhito ölkə Konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq rəsmi şəkildə taxta çıxdığını elan edib.
AZƏRTAC xəbər verir ki, monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçıxma mərasimi zamanı bəyan edib.
“Mən Konstitusiyaya və İmperator evinin qanunlarına uyğun olaraq taxta çıxdım. Taxtaçıxma mərasimini təşkil etməklə, biz bu barədə bütün ölkəyə və dünyaya bəyan edirik”, - deyə monarx bildirib.
Mərasimdə Azərbaycan Respublikasını Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətiyev və digər rəsmi şəxslər var. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da mərasimdə iştirak edib.
İmperator Naruhitonun taxtaçıxması ilə əlaqədar ən böyük rəsmi mərasim İmperator sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçirilib. Burada hündürlüyü 6,5 metr, ağırlığı 8 ton olan nəhəng taxt - Takamikura yerləşir. Həmin taxt ötən əsrin əvvəllərində qədim nümunələr əsasında düzəldilib. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan elan edib. Bu zaman onun əynində yalnız monarxa məxsus Heyan dövrünün dəbinə uyğun geyim və uca qara papaq olub. İmperator taxtının yanında qismən kiçik ölçüdə olan taxta isə ilkin orta əsrlərə xas qat-qat kimono geyinmiş İmperatriçə Masako çıxıb.
İmperatorun nitqindən sonra çıxış edən Baş Nazir Şinzo Abe onu yapon xalqı adından təbrik edərək uzun illər hakimiyyətdə olmasını arzulayıb. Baş Nazirin işarəsi ilə bütün zaldakılar üç dəfə “Banzay” qışqırıblar.
Mərasimdə iştirak etmək üçün Yaponiyaya 174 ölkədən 400-dən çox rəsmi nümayəndə gəlib. Onların arasında 70-dən çox monarx və dövlət başçısı var. Bununla yanaşı, İmperatoru təbrik etmək üçün Yaponiya ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 qonaq da saraya toplaşıb.
Milli Məclisin Sədri Oqtay Əsədov, həmçinin həmin gün axşam İmperator və İmperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

