Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz

Prezident İlham Əliyev: Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz

24.10.2019 [09:27]

“Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir”
Son illərdə qlobal miqyasda müşahidə edilən heç də müsbət olmayan proseslər fonunda Azərbaycanda ardıcıl olaraq iqtisadi inkişafa nail olunması ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətlə bağlıdır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə dayanıqlı iqtisadi inkişaf üçün bütün zəruri şərtlər yüksək səviyyədə təmin edilib. Azərbaycanda həyata keçirilən qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar milli iqtisadiyyatımızın dinamik inkişafını şərtləndirib. Bu inkişafı ifadə edən mühüm məqamlardan biri, şübhəsiz ki, qeyri-neft sektorunun inkişafında qazanılan nailiyyətlərdir. Belə ki, ötən 16 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb. Aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycanda qeyri-neft sektorunun inkişafına yeni impuls verib.
İqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır
Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi deyilənləri təsdiq edir. Prezident İlham Əliyev də oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən Azərbaycanın iqtisadi sahədə qazandığı əhəmiyyətli uğurlar, o cümlədən qeyri-neft sektorunda qazanılmış nailiyyətləri ifadə edərək qarşıda duran həlli vacib məsələləri də vurğulayıb. “Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir”, - deyə dövlət başçısı bildirib.
Azərbaycanın son illərdə qazandığı mühüm nailiyyətlərdən bəhs edərkən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamızın iqtisadi müstəqilliyinin təmin olunmasını mütləq qeyd etmək lazımdır. Bu, ölkəmizə heç bir kənar maliyyə mənbəyindən və kənar təsirlərdən asılı olmadan iqtisadiyyatını yüksək səviyyədə inkişaf etdirmək imkanı verib. Prezident İlham Əliyev deyib ki, bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik: “Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün, əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.
Dövlət başçısı iqtisadi müstəqilliyin həyati əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir: “O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”.
Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək
Müasir mərhələdə ölkədə aparılan islahatların böyük bir qismi əlverişli biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb. Həmçinin ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb ki, burada da əsas məqsədlərdən biri xarici bazarlara daha çox mal çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaqdır. Bununla yanaşı, daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər böyük aktuallıq daşıyır. Milli sahibkarlar ölkədə daxili istehsalın dəstəklənməsinə yönələn tədbirlərdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, özəl bölmə təmsilçiləri son vaxtlarda istehsal təyinatlı müəssisələrin yaradılmasına fəallıqla investisiyalar yönəldirlər.
Sözügedən qəbul zamanı Prezident İlham Əliyev bir daha ölkəmizdə əlverişli biznes mühitinin qorunması istiqamətində görülən işləri və uğurları qeyd edib, sahibkarlığın inkişafı ilə bağlı konkret vəzifələri diqqətə çatdırıb, həmçinin ölkəmizdə bu sahədə mövcud olan çatışmazlıqları, sahibkarlara maneə yaradan halları sərt tənqid edib. Dövlət başçısı deyib: “Son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.
Dövlət başçısı iqtisadi sferada haqsız rəqabət yaradan hallara qarşı da sərt mübarizə tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib: “...Haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31