/ / Sahibə Qafarova: Azərbaycan xalqı radikal müxalifətin qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir
Sahibə Qafarova: Azərbaycan xalqı radikal müxalifətin qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir
24.10.2019 [09:40]
“Radikal müxalifətin 19 oktyabrda qanunsuz aksiya keçirmək cəhdi ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşların dinc yaşayışının pozulmasına, o cümlədən ölkəmizin beynəlxalq nüfuzuna xələl yetirilməsinə xidmət edirdi”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, belə bir aksiyanın keçirilməsi üçün heç bir zərurət yoxdur. “Əvvəla, bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar həm dövlətimizin qüdrətinin artmasına, həm də vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradıb. Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Sosial problemlər öz həllini tapır və insanları narahat edən məsələlərin aradan qaldırılması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Ona görə də, özünü müxalifət adlandıran, əslində isə antidövlət, antixalq fəaliyyət nümayiş etdirən azsaylı qrupların guya hansısa sosial tələblə aksiya keçirməsinə ehtiyac yoxdur. İkincisi, prosesləri diqqətlə müşahidə edəndə aydın olur ki, bu dağıdıcı qrupların məqsədi heç də hansısa sosial məsələnin həllinə nail olmaq deyil. Onlar sadəcə bu mövzuda manipulyasiya edirlər. Burada yeganə məqsəd ictimai rəyi çaşdırmaq, qanunsuz hərəkətlərə yol vermək və təxribat törətməkdir. Əlbəttə, Azərbaycan dövləti güclü dövlətdir və bu kimi meyillərin qarşısının alınmasında qətiyyət nümayiş etdirib və bundan sonra da bu planların reallaşmasına imkan verməyəcək”, - deyə Sahibə Qafarova qeyd edib.
Millət vəkili deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Azərbaycan bir çox beynəlxalq təşkilatlar tərəfindən dünyanın ən islahatçı ölkələri sırasında qiymətləndirilir. Bu islahatların başlıca məqsədi Azərbaycanı daha güclü dövlətə çevirməkdir. Amma görünür, xaricdəki bəzi antiazərbaycançı mərkəzlər, o cümlədən onların ölkəmizdəki sifariş icraçıları bundan ciddi şəkildə narahatlıq keçirirlər.
S.Qafarova qanunsuz aksiyanın qarşısının alınması zamanı hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirdiyini vurğulayıb: “Hüquq-mühafizə orqanları əvvəlcədən belə bir cəhdin qarşısının qanuni şəkildə alınacağını, təşkilatçıların və qanunsuz aksiya iştirakçılarının hüquqi məsuliyyətə cəlb olunması üçün bütün lazımi addımların atılacağını bildirmişdi. Belə olduğu halda, bu xəbərdarlığa məhəl qoymadan, polisin qanuni çağırışına əməl etməyən, qanunları kobudcasına pozan təxribatçılara qarşı müvafiq tədbirlər görülməlidir və görülür. Bu gün dünyanın heç bir yerində qanunsuz aksiyanın keçirilməsinə icazə verilmir. Hətta son günlər Avropanın bəzi dövlətlərində qanunsuz aksiya iştirakçılarına qarşı hansı formada zorakılıq tətbiq edildiyini hamımız müşahidə etdik. Azərbaycanda isə asayiş keşikçiləri qanuni vəzifələrini icra edərkən heç bir qanun pozuntusuna yol vermədən radikalların sabitliyi pozmaq cəhdlərinin qarşısını layiqincə aldı. Sabitlik və təhlükəsizlik mühitinin qorunması hər bir dövlətin inkişafı üçün başlıca amildir. İmkan vermək olmaz ki, hansısa xaricdən tapşırıq və dəstək alan qruplar bu sabitliyə xələl yetirsin”.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan xalqı radikal müxalifət qüvvələrinə heç bir dəstək göstərmir və onların istənilən hərəkətləri ictimai maraqdan uzaqdır. “Xalqımızın bu dağıdıcı ünsürlərə etimad göstərməməsi, ilk növbədə Prezident İlham Əliyevə inamının, Onun həyata keçirdiyi siyasəti müdafiə etməsinin təzahürüdür. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkləyir və hər bir platformada bu dəstəyi əməli fəaliyyəti ilə nümayiş etdirir. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da bütün təxribatlara və təxribatçılara layiqli cavab verərək dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyətlə qoruyacaq”, - deyə millət vəkili qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

