Qərbin ikili standart siyasətinin növbəti təzahürü
25.10.2019 [09:56]
Bəzi Avropa dövlətlərində yaşanan polis zorakılıqları və dinc nümayişçilərə qarşı ən sərt tədbirlərin görülməsi fonunda beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi başadüşülən deyil
Məlum olduğu kimi, oktyabrın 19-da Bakıda “Milli şura” adlanan qondarma qurumun üzvləri və AXCP-nin sədri Əli Kərimli kimi radikallar qeyri-qanuni aksiya keçirməyə cəhd göstərərək növbəti dəfə dağıdıcı və təxribatçı mahiyyətə malik olduqlarını sübuta yetiriblər. Belə ki, dağıdıcı ünsürlər icazə verilən yerdə mitinq keçirməkdən imtina edərək qanunu kobud şəkildə pozmaqla əhalini kütləvi şəkildə vətəndaş itaətsizliyinə çağırıb, şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstəriblər. Bu səbəbdən də hüquq-mühafizə orqanları əməkdaşları qanunvericiliyin tələbləri çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədilə icazəsiz aksiyaya cəhd edənləri ərazidən uzaqlaşdırıblar. Lakin hüquq-mühafizə orqanlarının, polisin peşəkar, prinsipial və qanun çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, dağıdıcı ünsürlərin sosial şəbəkələrdəki əlaltıları tərəfindən vəzifəsini yerinə yetirən asayiş keşikçilərinin fəaliyyətini hədəfə alan süni ajiotaj yaradılır.
Üstəlik, Qərbdəki bəzi beynəlxalq qurumların təmsilçiləri Azərbaycan polisinin qanunauyğun hərəkətlərini qeyri-adekvat şərh ediblər. Halbuki bütün dünya şahiddir ki, Avropa ölkələrində aksiya iştirakçılarına qarşı dəyənəklərdən, rezin güllələrdən, su şırnaqlarından, atlardan və itlərdən istifadə edilir. Eyni zamanda, Avropa dövlətlərində hüquq-mühafizə orqanları qanunsuz aksiyalarda, razılaşdırılmamış mitinqlərdə insanlara qarşı amansızcasına davranırlar. Buna baxmayaraq, Fransada, Böyük Britaniyada, Almaniyada, Belçikada keçirilən aksiyalarda polisin aksiya iştirakçılarına, kənardan izləyən vətəndaşlara qarşı zorakılığı, bu aksiyalar zamanı jurnalistlərin həbs edilməsi ilə bağlı heç bir beynəlxalq təşkilat münasibət bildirmir. Halbuki Avropada baş verən iğtişaşlarda yüzlərlə insanın həbsi və onlarla insanın ölüm halları baş verib. Fransada “sarı jiletlilər”in növbəti etiraz aksiyası barədə Paris polis prefekturasının məlumatına əsasən, təkcə 1 gündə 151 aksiyaçı dindirilib və onlardan 101-i müvəqqəti saxlanılıb, “sarı jiletlilər”lə polis arasında qarşıdurmanın nəticəsində 1 ayda 7 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.
Təmsilçilərinin tez-tez insan hüquqlarından danışdığı Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda baş verən qanunsuz aksiya iştirakçılarına qarşı zorakılıq tədbirlərini hamı görsə də, bəzi Avropa təsisatları, xüsusilə Avropa İttifaqı bu birliyə üzv ölkələrin ərazisində son zamanlar kütləvi hal alan iğtişaşlarda istifadə olunan güc tətbiqi, polis zorakılığı və insan ölümü halları barədə susurlar. Fransada, Belçikada “sarı jiletlilər”in keçirdiyi aksiyaların, İspaniyada hakimiyyət əleyhinə keçirilən mitinqlərin polis tərəfindən qəddarcasına dağıdılması heç bir beynəlxalq qurum tərəfindən sərt tənqid edilməyib.
Buna görə də Aİ sözçüsünün bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq güc tətbiqindən istifadə olunması hallarını unudaraq Azərbaycanı ittiham etməsi absurddur. Yəni, bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi isə, əksinə, Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Çünki polis zorakılığının ən qəddar nümunəsinin şahidi olduğumuz Avropa dövlətlərinin təmsilçiləri qeyri-obyektiv mövqe sərgiləyirlər.
Beləliklə, bəzi beynəlxalq təsisatların məsələlərə yanaşmada ikili standartlardan çıxış etdiyi bir daha sübut olunur. Elə Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələdə ikili standartlara yol verilməsinə etiraz bildirilib. Həmin açıqlamada bir daha Avropa ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirlər xatırladılıb və bu məsələdə ikili standartların yolverilməz olduğu bildirilib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

