Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Küveyt əlaqələri müzakirə edilib

Azərbaycan-Küveyt əlaqələri müzakirə edilib

26.10.2019 [10:04]

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Küveyt Dövlətinin Baş Nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31