Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimlinin ermənipərəst mərkəzlərin diqtəsi ilə hərəkət etməsi bir daha təsdiqlənir

Əli Kərimlinin ermənipərəst mərkəzlərin diqtəsi ilə hərəkət etməsi bir daha təsdiqlənir

30.10.2019 [09:38]

Antimilli dairələrin qarşısında öhdəliklər götürən dağıdıcı ünsürlərin bütün planları boşa çıxır
Siyasi palitrada özünə yer tapmayan və “qohum-əqrəba birliyi”ndən seçilməyən radikal müxalifət partiyaları illərdir ki, heç bir uğur qazana bilmirlər. Çünki, adıçəkilən ünsürlərin xəyanətkar, satqın mahiyyəti Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. Bu səbəbdəndir ki, AXCP, qondarma “Milli şura” və digər dağıdıcı ünsürlər hətta icazəli kütləvi aksiyalarına, mitinqlərinə belə adam yığa bilmir, fiaskoya uğrayırlar. Yəni, özlərini ermənipərəst mərkəzlərin qarşısında “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin bütün planları boşa çıxır. Bu gün AXCP də daxil olmaqla radikal müxalifət miskin durumdadır, cəmiyyət arasında heç bir nüfuzu, ictimai rəyə hər hansı təsir imkanı yoxdur.
Sirr deyil ki, dağıdıcı ünsürlər, xüsusilə AXCP sədri Əli Kərimli və onun ətrafındakı xəyanətkar dəstə ölkəmizdə həyata keçirilən islahatları, inkişafı utanmadan öz adına çıxmağa çalışır, bunu fərqli rakurslardan dəyərləndirməyə cəhd göstərir. Təbii ki, özünün rüsvayçı aksiyalarını “qələbə” kimi təqdim etməyə çalışan birisinin bu kimi iddiaları radikal düşərgənin düşdüyü acınacaqlı durumu, hansı vəziyyətdə olduğunu bir daha nümayiş etdirir.
Eləcə də özünün terror mahiyyətli çağırışlarını səngitməyən Əli Kərimlinin ermənipərəst mərkəzlərin diqtəsi ilə oturub-durması bir daha təsdiqlənir. 2016-cı ilin Aprel döyüşləri zamanı oğlunu separatçı Bako Saakyanın oğlu ilə yanaşı otuzduran Əli Kərimlinin məhz oktyabr ayında “fəallaşmasının” səbəbləri var. Belə ki, bu ilin oktyabr ayında “Valday” Diskussiya Klubunda və Aşqabadda keçirilən MDB Dövlət başçılarının məhdud tərkibli iclasında Prezident İlham Əliyevin Ermənistanı ifşa edən çıxışları erməni havadarlarını ciddi şəkildə narahat edib. Oktyabrın 25-26-da ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun bəyannaməsində 120 dövlətin Ermənistanı rəsmi olaraq işğalçı adlandırması isə deyəsən Əli Kərimlini yenidən “fəal hərəkətə keçməyə” vadar edib. Məhz yeni “mitinq” çağırışları məhz bundan irəli gəlir. Bir müddət öncə keçirdiyi icazəsiz aksiyalarla ermənilərin əlinə “material” verdiyini sosial şəbəkələrdə özü etiraf edən Əli Kərimli bununla həm də hansı ünvanların sifarişlərini yerinə yetirdiyini təsdiqləyir.
Əlbəttə ki, müxalifətçilik cəmiyyətdə alternativ fikir, ideya istehsalı ilə məşğul olmaq, bu və ya digər məsələlərin həlli ilə bağlı konstruktiv təkliflər verməkdir. Ölkəmizdəki radikal ünsürlər isə fərqliliyi, müxalifliyi yalnız şər-böhtan, satqınlıq və xəyanət meyarı kimi anlayır. Şübhəsiz, xalqının mənafeyini satan, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, dövlətin maraqlarına, xalqa qarşı cəbhə alan radikal ünsürlərin “boş sözlərdən”, şər-böhtandan, xarici ermənipərəstlərin sifarişləri əsasında hazırlanan layihələrdə yer almaqdan ibarət “müxalifliyi” heç kəsə lazım deyil.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31