/ / Prezident İlham Əliyev: Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Prezident İlham Əliyev: Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
30.10.2019 [09:52]
Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanınıb
Cari il oktyabrın 25-26-da Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü başa çatsa da, mötəbər tədbirdə beynəlxalq münasibətlərin gündəliyi ilə bağlı səsləndirilən fikirlər və çağırışlar, qəbul olunan sənədlər hələ uzun müddət müzakirə mövzusu olacaq. Qeyd edək ki, “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Belə mötəbər tədbirdə aparılan debatlarda və qəbul olunan sənədlərdə həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının zəruriliyi ilə bağlı prinsipial mövqe sərgilənib və güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanıb.
Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında daim prinsipial mövqedən çıxış edir
İndiyədək Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, haqq-ədalətin öz yerini tutmasına nail olmaq üçün məqsədyönlü siyasət həyata keçirib və müxtəlif beynəlxalq platformalardan səmərəli istifadə etməyə çalışıb. O cümlədən Qoşulmama Hərəkatı Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətinin dünya birliyinə çatdırılması üçün daha bir uğurlu beynəlxalq platformadır. Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Zirvə Görüşündə söylədiyi nitqində Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandıraraq vurğulayıb: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür”.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ağlasığmaz özbaşınalıqlar törədir. Zirvə görüşündə də qeyd olunduğu kimi, oradakı bütün tarixi abidələr, məscidlər, məzarlıqlar işğalçı dövlət tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan olunub. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.
İşğalçı dövlətin vandalizm əməllərinə, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ora bitişik 7 rayonu illərdir ki, işğal altında saxlamasına yol vermək olmaz. Ölkəmiz ərazi bütövlüyünün təmin olunmasında daim prinsipial mövqedən çıxış edir. Dövlətimizin başçısı yüksək səviyyəli beynəlxalq tədbirlərin kürsülərindən dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz, biz gec-tez öz torpaqlarımızı geri qaytaracağıq. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə Görüşündə bir daha qətiyyətlə bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Məlumdur ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin rəsmiləri dəfələrlə işğal nəticəsində yaranan mövcud status-kvonun qəbuledilməz olduğunu bildiriblər. Azərbaycan dövləti xalqımızın xoş məramına uyğun olaraq sülh danışıqlarına daim öz dəstəyini nümayiş etdirir. Ermənistan isə nə beynəlxalq hüquq normalarına, nə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, nə də Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Məhz Ermənistanın belə destruktiv mövqe tutması səbəbindən beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının verdikləri bəyanatlar nəticəsiz qalır və münaqişə həllini tapmır.
Azərbaycanın mövqeyi belədir ki, işğal nəticəsində yaranan mövcud status-kvo sonsuzluğa qədər davam edə bilməz. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz başqa seçim imkanlarından istifadə edəcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın ədalətli mövqeyini getdikcə güclənən Azərbaycan ordusu daha da möhkəmləndirir. Müstəqillik illərində respublikamızda ölkənin etibarlı müdafiəsini təmin etmək, aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədi ilə güclü ordu quruculuğu siyasəti həyata keçirilib. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir.
Milli ordunun davamlı olaraq güclənməsi son vaxtlatda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib. Şanlı aprel döyüşləri xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb, onların mövqelərinə sarsıdıcı zərbələr endirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan ağır itkilərə məruz qalıb və qorxuya düşərək geri çəkilmək məcburiyyətində qalıb. Artıq stereotiplər tam dağılıb. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranıb ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır.
Azərbaycan həmçinin özünün geniş potensialından və əlverişli coğrafi mövqeyindən istifadə etməklə işğalçı dövlətə qarşı çox ciddi təzyiq siyasəti həyata keçirir və bu siyasət sayəsində Ermənistan dalana sürüklənib. Məhz respublikamızın prinsipiallığı sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın Ermənistanı daim təzyiq altında saxlamaq siyasəti artıq öz bəhrəsini verir. İşğalçılıq siyasətinin Ermənistana dəhşətli bəlalar gətirdiyi, ölkənin tamamilə kəskin sosial-iqtisadi çətinliklərin, qarşısıalınmaz deqradasiyanın ağuşuna atıldığı artıq milli səviyyədə də etiraf edilir. Ermənistandakı ənənəvi və elektron mediada bu ölkəni dalana sürükləyən siyasətin fəsadları barədə çoxsaylı məqalələr, analitik təhlillər dərc olunmaqdadır.
Qlobal miqyasda ikili standartlara son qoyulmalıdır
Eyni zamanda, ölkəmizdə reallaşdırılan siyasət nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hücum diplomatiyasına keçib. Bu, ilk növbədə, Azərbaycanın inkişafı və beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə resurslarının qıtlığı, beynəlxalq siyasi arenada kifayət qədər tanınmaması, erməni lobbisinin və Ermənistanın apardığı informasiya müharibəsində məğlub durumda olması ölkəni müdafiə mövqeyində dayanmağa məcbur edirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasi kursu sayəsində Azərbaycanın hər cəhətdən güclənməsi, informasiya blokadasını yarması, dünyada siyasi çəkisinin artması nəticə etibarilə milli maraqların təmin olunması yolunda daha inamlı və intensiv fəaliyyətə şərait yaradıb.
Bunun nəticəsidir ki, ötən dövrdə Azərbaycan özünün ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsinə nail olub. Ötən dövrdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsi deyilənlərə sübutdur. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub. Xatırlatmaq yerinə düşər ki, son vaxtlar işğalçı Ermənistanın yeni rəhbərliyi müxtəlif saxta arqumentlər gətirərək danışıqların formatının dəyişməsinə nail olmağa çalışırdı. Azərbaycanın dövlət başçısı fəal diplomatik səylərlə Ermənistanın yeni rəhbərliyinin bu kimi məntiqsiz təşəbbüslərinin qarşısını aldı və danışıqların formatı əvvəlki çərçivədə saxlanıldı. Bu baxımdan NATO-nun Brüssel Sammitində qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi strateji əhəmiyyət daşıyır. Eləcə də Azərbaycanla Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyininə dəstək ifadə olunub.
Deyilənlərdən də göründüyü kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyi həm güclü daxili amillərlə, həm də beynəlxalq norma və prinsiplərlə dəstəklənir. Azərbaycan da münaqişənin həllində məhz beynəlxalq hüquq normalarının, ədalət prinsipinin tətbiqini istəyir. BMT kimi nüfuzlu bir təşkilatın Ermənistan ordusunun işğal altındakı torpaqlardan qeyd-şərtsiz çıxarılmasını ehtiva edən qətnamələrinin artıq iki onillikdən çoxdur ki, icra olunmamasının, sadəcə, məntiqi izahı yoxdur. Halbuki, dünya ictimaiyyəti bir sıra hallarda işğalçılıq siyasətinin qarşısının dərhal alındığının və işğalçıların ciddi şəkildə cəzalandırıldığının şahidi olur. Bəs nə üçün cəza, sanksiya mexanizmləri qonşu dövlətin ərazilərini zəbt edən Ermənistana da şamil olunmur? Bu, açıq-aşkar ədalətin pozulması, ikili standartlar deməkdir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə Görüşündə cəsarətlə vurğulayıb ki, bu ikili standartlar siyasətinə son qoyulmalıdır. “Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır”, - deyə dövlətimizin başçısı bildirib.
Qoşulmama Hərəkatının Zirvə Görüşündə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub
Qoşulmama Hərəkatı üzvlərinin sayına görə Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Onu da vurğulayaq ki, Hərəkata üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində qısa üzvlük dövründə kifayət qədər geniş coğrafiyanı əhatə edən və böyük iqtisadi potensiala malik Qoşulmama Hərəkatında öz yerini möhkəmlədərək böyük nüfuz qazanıb. Belə mötəbər təsisat həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı şəkildə dəstək nümayiş etdirir. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub. Belə misalların sayı kifayət qədər çoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakının ev sahibliyi etdiyi Zirvə Görüşündəki nitqində Qoşulmama Hərəkatının Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini minnətdarlıq hissi ilə xatırlayıb. “Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qoşulmama Hərəkatına üzv dövlətlər özlərinin ədalətə və beynəlxalq hüquqa söykənən ənənəvi mövqelərinə XVIII Zirvə Görüşündə də sadiq qalıblar. Bəhs olunan Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirib. Belə ki, Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanınıb. Mötəbər tədbirdə qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirib və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayıblar. Yekun sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Yekun sənəddə dövlət və hökumət başçıları həmçinin nasist hərəkatının, neo-nasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinə abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə işbirliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi də daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınayıblar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.
Eyni zamanda, yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Sənəddə vurğulanıb: “Biz Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qalacaq
Müstəqil Azərbaycanın milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürməklə reallaşdırdığı xarici siyasət ölkəmizə dünyada böyük hörmət qazandırıb. Əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar respublikamızla əlaqələrin genişlənməsinə böyük maraq göstərirlər. Həmçinin Azərbaycan - Qoşulmama Hərəkatı münasibətləri tərəflərin siyasi iradəsini və xoş niyyətini ifadə edir. Biz Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verdiyini qeyd etdik. Bütövlükdə Hərəkata üzv dövlətlər tərəfindən ölkəmizə münasibətdə sərgilənən dəstək çoxşaxəlidir və bu dəstək respublikamızın beynəlxalq nüfuzunun artmasına, ayrı-ayrı təsisatlarla partnyorluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsirini göstərir.
Öz növbəsində Azərbaycan da Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Respublikamız Hərəkata sədrliyi dövründə də öz siyasətinə sadiq qalaraq beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsinə çalışacaq. Prezident İlham Əliyev Öz nitqində Hərəkata sədrliyi dövründə Azərbaycanın fəaliyyətinin prioritetlərini açıqlayıb. Bunlar çoxşaxəlidir və beynəlxalq münasibətlərin müxtəlif aspektlərini əhatə edir. O cümlədən beynəlxalq hüququn və prinsiplərin pozulmasından əziyyət çəkən ölkə kimi, Azərbaycan Hərəkata sədrliyi dövründə bu istiqamətdə daha aktiv fəaliyyət göstərmək niyyətindədir. “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısının Zirvə Görüşünün tribunasından “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq” deməsi də təsadüfi deyil. Məlum olduğu kimi, Bandunq prinsipləri bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri özündə ehtiva edir. Azərbaycanın xarici siyasətinin təməl prinsipləri də məhz bu kimi ideyalara əsaslanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

