/ / Növbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi nüfuzunun göstəricisidir
Növbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi nüfuzunun göstəricisidir
31.10.2019 [09:37]
Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizə olan etimadın növbəti göstəricisi oldu.
Bu sözləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, bu konqres müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirləndəndir. Məhz növbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun daha bir təzahürü, Azərbaycana olan inamın nəticəsidir: “Əlbəttə ki, belə bir qərarın verilməsi təsadüfi xarakter daşımır. Azərbaycan son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində bir çox uğurlar əldə edib. Hazırda ölkəmizin 3 peykinin olması və kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlar deyilən fikrin əyani sübutudur. Bu gün Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, beynəlxalq əhəmiyyətli bir konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi heç də asan başa gəlməyib: “Çünki növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün Bakı ilə yanaşı, dünyanın tanınmış meqapolislərinin - Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərlərinin də namizədliyi gözdən keçirilib. Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən birinin paytaxtıdır. Bu ölkə iqtisadi göstəricilərinə görə bəzi sahələrdə hətta Avropa dövlətlərini belə geridə qoyur. Rio-de-Janeyro Braziliyanın, Dehli isə Hindistan kimi inkişaf etmiş dövlətlərin şəhərləridir. “Böyük iyirmilik”ə daxil olan bu ölkələrin yuxarıda adları çəkilən şəhərlərinin deyil, Azərbaycanın paytaxtı Bakı şəhərinin növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün seçilməsi çox mühüm məqamlardan xəbər verir. Bu qərar bir daha sübut edir ki, Azərbaycana inanırlar, etibar edirlər. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Qadınlar arasında futbol üzrə dünya çempionatına, Formula-1 yarışlarına, şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə, futbol üzrə Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi edib. Bütün tədbirlər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində reallaşıb. Ona görə də Sinqapur, Braziliya və Hindistan kimi rəqiblər arasında Azərbaycana üstünlük verilməsi həm ölkəmizə olan etimadın, həm də inamın göstəricisidir”.
V.Rəhimzadə xatırladıb ki, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında - Bakıda keçirilib. Hələ o zaman Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərib ki, Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin: “Məhz təxminən 50 ildən sonra müstəqil Azərbaycanda, yenidən Bakı şəhərində bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Ən böyük fərq isə ondan ibarət olacaq ki, Azərbaycan müstəqil dövlət kimi bu böyük tədbirə ev sahibliyi edəcək”.
Baş redaktor əlavə edib ki, konqresdə iştirak üçün Azərbaycana 6-7 min qonağın gəlişi gözlənilir: “Əminəm ki, Azərbaycan yenidən yüksək təşkilatçılıq qabiliyyətini göstərəcək və 2022-ci ildə keçiriləcək növbəti Beynəlxalq Astronavtika Konqresi uzun müddət yaddaşlarda qalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

