Naxçıvanda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib
31.10.2019 [09:51]
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 96-cı ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Sonra Baş konsul çıxış edərək ölkəsinin cümhuriyyət bayramının Naxçıvanda qeyd olunmasının əhəmiyyətini qeyd edib. Azərbaycanla əlaqələrin inkişafını, o cümlədən ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdıran baş konsul əməkdaşlığın ilbəil genişləndiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək deyib: “Türkiyə xalqının qəhrəmanlıq və vətənpərvərlik əzmi nəticəsində qazanılmış dövlət müstəqilliyi ötən 96 ildə daha da möhkəmləndirilmişdir. Böyük öndər Mustafa Kamal Atatürkün ideyalarına sədaqət Türkiyə Cümhuriyyətini dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, demokratik vətəndaş cəmiyyətinin bərqərar olunduğu dünyəvi və hüquqi dövlətinə çevirmişdir. Bir millətin iki dövləti olaraq ölkələrimiz arasındakı tarixi və milli bağlılıq, inam və etimad dostluq və qardaşlığımızı daha da möhkəmləndirir. Siyasi və iqtisadi əlaqələrimiz, strateji tərəfdaşlığımız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı münasibətlərdə də özünü göstərir. İqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq məmnunluq doğurur”.
Ali Məclisin Sədri müstəqillik bayramı münasibətilə qardaş Türkiyə xalqını bir daha təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

