/ / Elçin Əhmədov: Qondarma “erməni soyqırımı” haqqında qəbul edilən “sənəd”lər Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir
Elçin Əhmədov: Qondarma “erməni soyqırımı” haqqında qəbul edilən “sənəd”lər Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir
01.11.2019 [09:47]
Son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları sadəcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.
Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “qətnamə”yə münasibət bildirərkən deyib.
Professor bildirib ki, bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı “qətnamə” qərəzli, sifariş xarakterli və əsassızdır. Çünki, “qətnamə”nin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur, eləcə də Türkiyəyə qarşı uzun illərdir həyata keçirilən siyasi təzyiq vasitəsindən başqa bir şey deyil.
Son 40 ilin tarixinə nəzər salsaq, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.
Bununla yanaşı, 1989-cu il oktyabrın axırında ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelin 24-ü saxta “erməni soyqırımı”nın 75 illiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə Respublikaçılar partiyasının senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.
E.Əhmədov qeyd edib ki, son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamafob, anti-Azərbaycan və antitürk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.
Bu prosesin davamı olaraq, 2019-cu il aprelin 24-də Kolorado ştatı Senatın 35 üzvünün imzası ilə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Subyektiv mülahizələrə söykənən, eləcə də siyasi sifariş xarakterli “qətnamə”də Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağdakı qondarma, cinayətkar rejimin guya Türkiyə və Azərbaycan tərəfindən “blokada”ya alınması qeyd olunur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırımının törədildiyi iddia edilir.
Ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin baş naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak etmişlər.
Uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı səylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş bir problemə çevrilən və qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar.
“Çox təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda bir qrup siyasətçinin, deputatın tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən və o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamafob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür. Bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “sənəd” həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

