Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

01.11.2019 [10:00]

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentə məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Binada 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir işləri həyata keçirilib. 2 mərtəbə və 2 korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və 5 qrupdan ibarətdir. Binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədi ilə bağçanın həyətində müxtəlif yelləncəklər qurulub.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31