Bakıda seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib
05.11.2019 [09:35]
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədi ilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə noyabrın 4-də Bakı şəhərindəki Park İnn hotelində seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə yönələn tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər.
Seminarda çıxış edən Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, dünyanın heç bir yerində ideal seçki mümkün deyil, çünki seçkilərdə milyonlarla insan iştirak edir. Qarşımıza qoyulan məqsəd mükəmməlliyin model olaraq hədəf seçilməsidir. Demokratiya ilə bağlı bu gün bizə qoyulan tələb yüz illərlə demokratiya və seçki təcrübəsinin olduğu ölkələrlə eynidir. Rövzət Qasımov qeyd edib ki, MSK özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bir sıra məqsədyönlü layihələr gerçəkləşdirib. Seçkilərlə bağlı müraciətlərə baxılmasına dair Gəncədə, Şəkidə, Masallıda tədbirlər keçirilib, Bakıdakı seminar layihənin yekun tədbiridir. Tədbirlərdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dairə seçki komissiyalarında fəaliyyət göstərən ekspert qruplarının üzvləri üçün ətraflı şəkildə təqdimatlar olunub. MSK-nın sədr müavini qeyd edib ki, seçki prosesində ən mühüm məsələlərdən biri vətəndaşların müraciət və şikayətlərinə baxılmasıdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib ki, bu tədbir ölkəmizdə seçki təcrübəsinin daha da yaxşılaşmasına xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurasının Nazirlər Komitəsinin iclaslarında dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələləri mütəmadi qaydada müzakirə edilir, qərarlar qəbul edilir. Avropa Məhkəməsinin Azərbaycan ilə bağlı, o cümlədən seçki hüquqlarının qorunmasına dair qərarlarının icrası məsələləri də Nazirlər Komitəsi tərəfindən müzakirə edilir. Belə müzakirələr zamanı ölkədə keçirilən bütün seçkilərlə bağlı məlumatlar, hesabatlar və qərarlar nəzərə alınır. Ona görə də Azərbaycanda hər bir seçkini yüksək səviyyədə keçirməklə beynəlxalq ictimaiyyətə insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə sadiq olduğumuzu göstərməliyik.
Sonra Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərovun və Ramiz İbrahimovun vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərə baxılmasına dair müxtəlif mövzularda məruzələri dinlənilib və təqdimatlar keçirilib.
Seminarın praktiki hissəsində mövzular ətrafında müzakirələr aparılıb, kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilərək əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib.
Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində də keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

