Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

06.11.2019 [09:49]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrəyə işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, prezidentin diplomatik müşaviri Terens Billeter, Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, Federal Şuranın ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri Ervin Bolinqerlə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
İsveçrənin Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə Hikmət Hacıyev qarşı tərəfi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün prioritetləri, Ermənistan rəhbərliyinin danışıqlar prosesinə zərbə vuran son ziddiyyətli bəyanatları kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə məlumatlandırıb, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatı, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyində həyata keçirilən islahatlar prosesi ilə yaxından tanış edib.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində keçirilmiş görüşdə Azərbaycanın iştirak etdiyi və həyata keçirdiyi nəqliyyat dəhlizi layihələri, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31