Oqtay Əsədov: Azərbaycan-Litva əlaqələri yeni mərhələyə qədəm qoyur
08.11.2019 [09:58]
Noyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sədr Azərbaycanla Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirib. Qeyd edib ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Gələn il diplomatik əlaqələrimizin 25 ili tamam olacaq. Bu gün əldə edilən uğurlar sayəsində Azərbaycan-Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığımızın bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolu böyükdür.
Bildirilib ki, yüksəksəviyyəli görüşlər artıq bir ənənə halı alıb. Bu günədək iki ölkə arasında 39 sənəd imzalanıb, 10-u üzərində iş davam etdirilir. Siyasi münasibətlərimiz iqtisadi sahəyə də öz müsbət təsirini göstərir. Bu sahədə əlaqələrimizin gücləndirilməsində biznes forumların keçirilməsi müsbət rol oynaya bilər. Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti də böyük önəm kəsb edir.
Vurğulanıb ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkələrdən birinə çevrilib. Ölkəmizin reallaşdırdığı qlobal neft və qaz layihələri Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan mühüm nəqliyyat qovşaqlarının keçdiyi bir coğrafi məkan kimi də cəlbedicidir. Litva ilə mədəni, humanitar sahələrdə əməkdaşlığımız da təqdirəlayiqdir.
Spiker qeyd edib ki, xalqlarımızın bir-birinə yaxınlaşmasında parlamentlərin rolu danılmazdır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter almalıdır. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda tez-tez təmasda olur, onları düşündürən məsələlər ətrafında müzakirələr aparırlar.
Viktoras Prantskietis təmsil etdiyi ölkənin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, həyatın ən müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb. Bildirilib ki, parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişlənməsi, deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Nəbizadə, hər iki ölkənin səfirləri Tamerlan Qarayev, Egidiyus Navikas və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

