Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur

Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur

09.11.2019 [10:26]

“Noyabr ayının 9-da Azərbaycanda Bayraq Günü qeyd edilir. Bayraq dövlətin rəmzi, müstəqilliyin atributudur. Bayraq, habelə xalqın qürur mənbəyi, onun özünütanıma və özünüifadə formasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur. İndi bayrağımız dünyanın müxtəlif yerlərində mötəbər məclislərdə, idman yarışlarında dalğalanır”. Bu fikirlər Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun Bayraq Günü münasibətilə özünün “Facebook” səhifəsindəki paylaşımında yer almışdır.
“Bayraq Günü münasibətilə hər birinizi təbrik edir, xalqımıza əmin-amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayıram”, - Əli Əhmədov fikirlərini bu təbrik sözləri ilə yekunlaşdırıb.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31