/ / Məzahir Pənahov: Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır
Məzahir Pənahov: Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır
13.11.2019 [09:45]
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-nın müxtəlif istiqamətli irimiqyaslı layihələri ardıcıl və intensiv şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, MSK-nın maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələrə start verilib.
Layihə çərçivəsində noyabrın 12-də Bakı şəhərində Bulvar hoteldə keçirilən ilk tədbirin açılışında çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır.
Onun sözlərinə görə, seçkilər zamanı hüquqi narazılıqlarla bağlı dairə seçki komissiyalarına müraciət edilir. “Daha sonra dairə seçki komissiyaları MSK-ya müraciət edir və bununla bağlı MSK müvafiq qərar verir. İddiaçı tərəf qərardan narazı olduqda apelyasiya məhkəmələrinə, onların qərarından narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edir. Yəni, bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov bildirib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və buna şübhə ola bilməz. Azərbaycanın bütün sahələrdə olduğu kimi, seçki sahəsində də nə qədər inkişaf etdiyi göz qabağındadır. O, dekabrın 23-də bələdiyyə seçkilərinin demokratik keçiriləcəyinə əminliyini ifadə edib.
Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı kifayət qədər olacaq. Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur. “Amma Mərkəzi Seçki Komissiyası olaraq Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə artıq dəvət göndərmişik. Çünki Konqres adətən bələdiyyə seçkilərində müşahidələr aparır. Onların gəldiyi qənaət beynəlxalq miqyasda lazımi səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin ali seçki qurumları da dəvət olunub”, - deyə MSK sədri qeyd edib.
Seminar-müşavirədə çıxış edən Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev seçki hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən yuxarı seçki komissiyaları tərəfindən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsini bir daha tövsiyə edib. O əlavə edib ki, bütün seçki komissiyaları seçki hüquqlarının daha da səmərəli həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməlidirlər.
Onun sözlərinə görə, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlməlidir. Müvafiq olaraq, vətəndaşların güman etdikləri hüquq pozuntularına dair işlər üzrə məhkəmədə mübahisənin açılması mümkündür. Seçki Məcəlləsinin 112.1-ci maddəsində də göstərilib ki, seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət verilə bilər. Lakin qanunvericilikdə təsbit edilib ki, şikayət əvvəlcə yuxarı seçki komissiyalarına, daha sonra isə məhkəməyə verilə bilər. Bununla qanunvericilik aşağı seçki komissiyalarında yol verilmiş pozuntuların məhkəməyə gəlmədən yuxarı seçki komissiyaları tərəfindən aradan qaldırılması imkanı yaradır.
Kollegiya sədri qeyd edib ki, seçki hüquqlarının müdafiəsinə dair işlərə məhkəmə tərəfindən baxılması məsələlərini İnzibati Prosessual Məcəllə tənzimləyir. Buna görə də həmin işlərə inzibati məhkəmə icraatı qaydasında baxılır. Əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də məhkəmələrdə araşdırılması ilə bağlıdır. Bununla bağlı diqqətinizi mühüm bir məqama cəlb etmək istəyirəm. Bu, şikayət vermiş şəxsin şikayətin baxılmasında iştirakının təmin edilməsi və onun irəli sürdüyü bütün dəlillərin araşdırılması məsələsidir. Şəxsin özünün şikayətinə baxılmasında iştirak etmək hüququ ən təməl hüquqlardan biri olmaqla təmin edilməlidir.
Daha sonra Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevin və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin çıxışları dinlənilib. Qeyd edilib ki, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması və bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Tədbirin gündəliyinə uyğun olaraq seminar-müşavirədə “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib, seçki mübahisələrinin həllinə dair çıxışlar dinlənilib.
Müvafiq məhkəmə orqanlarının təmsilçiləri, Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiyanın aidiyyəti struktur bölmələrinin əməkdaşları və region üzrə dairə seçki komissiyaları sədrlərinin qatıldığı tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu il ölkəmizdə bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün çoxsaylı genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi gerçəkləşdirilən və seçki mübahisələrinin həllinə həsr olunan seminar-müşavirələrin noyabrın 13-də Gəncədə, 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında da keçirilməklə bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

