“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
13.11.2019 [09:49]
Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq, sözdə deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə Görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıbdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 91-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində söyləyib.
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövrü əhatə edir.
Çoxcildliyin 91-ci kitabında Prezident İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına, Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri çərçivəsində keçirdiyi görüşlər, habelə imzalanan sənədlər haqqında informasiyalar, dövlət başçılarının mətbuata birgə bəyanatlarının mətnləri yer alıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran, ABŞ və digər dövlətlərin, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin paytaxtımızda iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, XXIV Azərbaycan Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi - “BakuTel-2018” ilə tanışlığına dair materiallarla, “Rossiya-24” televiziya kanalına müsahibələrinin mətnləri ilə də tanış ola bilər.
Nəşrdə dövlətimizin başçısının Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə respublikanın ədliyyə işçilərinə və hakimlərə, Azərbaycan müəllimlərinin XV qurultayının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbriklərinin mətnləri və digər məktublar toplanıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 91-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

