Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
14.11.2019 [09:33]
Türkiyənin Los-Ancelesdəki Baş Konsulluğunda Azərbaycan, Pakistan, Türkiyə dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuş ikinci illik tədbir keçirilib. Tədbir hər üç ölkənin Los-Ancelesdəki baş konsulluqlarının birgə təşkilatçılığı ilə keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Hazırda Los-Ancelesdə səfərdə olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyətinin, o cümlədən icmanın sədri Tural Gəncəliyevin də qatıldığı tədbirdə bu üç ölkələrin baş konsulları, Kaliforniyadakı Azərbaycan, Türkiyə və Pakistan icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər, jurnalistlər iştirak ediblər.
Hər üç ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın baş konsulu Nəsimi Ağayev ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasının, Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.
Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb və hər üç icmanın öz güclərini birləşdirməsinin önəmini vurğulayıb.
Pakistanın Los-Ancelesdəki baş konsulu Abdul Cabbar Memon çıxış edərək üç ölkə arasında sıx münasibətlərin Los-Ancelesdəki baş konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib. Bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edən baş konsul 2020-ci ildəki 3-cü illik tədbirə Pakistan Baş Konsulluğu olaraq ev sahibliyi edəcəklərini elan edib. Hər iki baş konsul Azərbaycan torpaqlarının işğalının davam etməsinin yolverilməz olduğunu bildirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanın haqq səsini daim dəstəklədiklərini vurğulayıblar.
Tədbirin əsas natiqi qismində çıxış edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının didərgin salındığını və bu gün də məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb. T.Gəncəliyev bildirib ki, bu qədər insanın əsrlərboyu yaşadıqları öz ana yurdlarından məhrum edilmələri böyük bir hüquq pozuntusu, cinayət və ədalətsizlikdir. Bu, tezliklə aradan qaldırılmalı, işğala son qoyulmalı və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. T.Gəncəliyev Türkiyə və Pakistan icmalarına Azərbaycanın haqlı mövqeyinə Los-Ancelesdə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə, həmçinin Pakistan mənşəli yerli siyasətçilər, o cümlədən Örvayn Şəhər Şurasının üzvü Fərəh Xan və Los-Anceles şəhərinin insan haqları üzrə müvəkkili Amna Qazi çıxış ediblər.
Sonra Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan Şurasının sədri Adnan Xan və Türkiyə icmasının liderlərindən Mətin Məngir çıxış edərək Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

