Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15.11.2019 [10:15]
Noyabrın 14-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir. Komitə sədri qeyd edib ki, Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur.
Vurğulanıb ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir və bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir. Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur. Dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub. Bu dəyişikliklər, eyni zamanda, vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdir qaldırdıqları məsələlərin həll edilməsinə öz müsbət təsirini göstərəcək.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Vahid Əhmədov, Əflatun Amaşov, Bəxtiyar Əliyev, Naqif Həmzəyev, Aydın Hüseynov, Qənirə Paşayeva, Novruzəli Aslanov, Rəşad Mahmudov, Kamran Nəbizadə, Rauf Əliyev və Rafael Hüseynov ölkəmizin davamlı inkişafı üçün bu dəyişikliklərin vacibliyini qeyd ediblər, təkliflərini səsləndiriblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deputatların qaldırdıqları məsələlərə münasibət bildirib. O diqqətə çatdırıb ki, vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət yetirilən məqamlardan biri iqtisadi fəallığın təşviq edilməsidir.
Nazir qeyd edib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında artım 44 608 təşkil edib. Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb.
Mikayıl Cabbarov bildirib ki, ölkədə pul kütləsi də artıb. Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2 faiz azalıb.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
Milli Məclisin 2020-ci il üçün xərclər smetası barədə məlumat verən Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirib ki, 2020-ci ildə Milli Məclisin və onun Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının 79,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edir. İşlər müdiri ölkəmizə rəsmi səfərlərin artması, deputatların xarici səfərləri, bir sıra avadanlıqların yenilənməsi və yenidənqurma işlərinin aparılması üçün vəsait çatışmazlığını nəzərə alaraq Milli Məclisə ayrılan vəsaitin artırılmasını xahiş edib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2020-ci il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, gələn il Palatanın saxlanması üçün 9 milyon 61 min 223 manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,5 faizi əsaslı xərclər, 98,4 faizi cari xərclər üçün nəzərdə tutulub. Cari xərclərdən əməyin ödənilməsi ilə bağlı 90,4 faiz, malların alınması ilə bağlı 6,93 faiz, sosial ödənişlərə isə 1,42 faiz vəsait nəzərdə tutulub.
Təqdim edilən xərclər smetası Hesablama Palatasının 2020-ci il üçün maliyyə təminatını tam olaraq ödəyəcək.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov üç gün ərzində çox məhsuldar işləyən Milli Məclisin plenar iclasının başa çatdığını bildirib.
2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda müzakirəsi noyabrın 26-da keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

