Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub

19.11.2019 [10:07]

Səfərin təşkilatçısı, kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyanın bütün cəhdlərinə baxmayaraq, B.Saakyan Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilməyib
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin “təmsilçi”si kimi özünü təqdim edən Bako Saakyanın müxtəlif zaman müddətlərində “dilənçilik” məqsədilə turnelər həyata keçirməsi, uğursuzluğa düçar olması sirr deyil. Şübhəsiz ki, bu cür hallar beynəlxalq hüquq normaları və prinsiplərinə tamamilə ziddir, milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin əsas götürüldüyü bütün beynəlxalq konvensiyaların tələblərinin kobud surətdə pozulmasıdır.
Yeri gəlmişkən, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına uğursuz səfəri “dilənçilik” məqsədilə həyata keçirilib. Bu kontekstdə bir sıra faktları xüsusilə diqqətə çatdırmaq lazımdır. Əvvəla qeyd edək ki, o, Brüsselə gəlişi çərçivəsində 8 noyabr tarixində axşam “Hay Doun” erməni mərkəzinin yeməkxanasında Brüssel-Paytaxt parlamentinin 6 keçmiş və 2 hazırkı (Julien Uyttendaele və Mari Lecocq) üzvü, eləcə də fransızdilli Löven Katolik Universitetinin erməni dili kafedrasının rəhbəri Bernar Kuli ilə qeyri-rəsmi şəraitdə görüşüb. Diqqət yetirsək, görərik ki, bu şəxslərin hər biri Brüsseldə yaşayan varlı iş adamı Kaspar Karampetyanın korrupsiya şəbəkəsində təmsil olunan, eləcə də onun təşkilatçılığı və müşayiəti ilə işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycana girişi qadağan edilmiş şəxslərdir. Lakin Kaspar Karampetyanın bütün cəhdlərinə baxmayaraq, qanunsuz rejimin “nümayəndə”si Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilməyib.
Mühüm məqamlardan biri budur ki, B.Saakyanın cəhdlərinə baxmayaraq, o nə Avropa Parlamenti, nə Belçikanın federal parlamenti, nə də ki Valloniya və Brüssel-Paytaxt parlamentlərində qəbul edilib. O, yalnız Flandriya Parlamentinin binasında millətçi və separatçı Yeni Flamand İttifaqı (N-VA) partiyasının antitürk əhval-ruhiyyəli üzvləri Karl Vanluve və Mark Demesmaker tərəfindən qəbul edilib.
Digər tərəfdən, B.Saakyanın qeyri-rəsmi şəraitdə görüşdüyü Brüssel-Paytaxt parlamentinin üzvü Julien Uyttendaele isə adı korrupsiya qalmaqallarında hallandırılan ailənin üzvüdür. Belə ki, onun anası Laurette Onkelinks ədliyyə naziri olarkən 2014-cü ildə öz həyat yoldaşı (sözügedən regional deputatın atası) Mark Uyttendaelenin şirkətini 245 min avro məbləğində hüquqi konsultant kimi cəlb etməkdə ittiham edilib. O, Sosialist Partiyasında səs-küylü korrupsiya qalmaqallarının ardınca 2017-ci ildə federal parlamentdə sosialist qrupunun rəhbəri vəzifəsini, 2019-cu ildə isə Belçika siyasi səhnəsini tərk edib.
9 noyabr tarixində isə B.Saakyan Brüsseldəki erməni diaspor təşkilatları tərəfindən təşkil edilən maliyyə toplama banketində iştirak edərək, erməni mənbələrinə əsasən, 2,4 mln ABŞ dolları məbləğində vəsait yığıb. Diqqətə çatdıraq ki, sonuncu dəfə 2017-ci ildə baş tutmuş bənzər tədbirdə 3,9 mln ABŞ dolları toplanmışdı. B.Saakyanın ənənəvi “dilənçilik” turnesi bununla da başa çatıb.
Onu da qeyd edək ki, bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Vurğulamaq yerinə düşər ki, K.Karampetyan Brüsseldə fəaliyyət göstərir və brilyant alveri ilə məşğul olur. Bu şəxsin qanunsuz əməlləri dəfələrlə müxtəlif formalarda ifşa olunub. Brüsseldə erməni lobbisinin rəhbəri olan K.Karampetyan, eyni zamanda, bundan əvvəl çoxlu pul xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirmək cəhdləri ilə gündəmə çıxıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31