Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20.11.2019 [10:12]
Milli Məclisə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” kifayət qədər sanballı sənəd daxil olub. Biz bu məsələni müzakirə edərkən ilk növbədə buna konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uzun müddətdir ki, həyata keçirilir: “Yeni məhkəmə binalarının tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir”.
Mülkiyyətin müxtəlif formaları, ailə-məişət məsələləri və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu deyən deputat söyləyib ki, onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün hakim məsələlərlə dərindən tanış olmalıdır: “Elə hallar var ki, hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur olur ki, nəticədən narazı qalan tərəflər olur. Misal üçün, əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaqlar. Elə səbəblər var ki, vaxtında insanlar hüquqi addımlar atmırlar və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda, müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan qanundakı məsələlərə kompleks yanaşmalıyıq”.
S.Novruzov söyləyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır: “Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir”.
Deputat çıxışı zamanı məhkəmələrin ixtisaslaşdırılmasını da təklif edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

