Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında məsələ müzakirə olunub

Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında məsələ müzakirə olunub

23.11.2019 [10:55]

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.
Azərbaycanda Ombudsman təsisatının yaranma tarixindən söz açan sədr müavini ötən illər ərzində bu institutun böyük inkişaf yolu keçdiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda əldə olunmuş nailiyyətlərə mühüm töhfələr verdiyini vurğulayıb. Bahar Muradova beynəlxalq əlaqələrin genişlənməsində ombudsman təsisatının rolundan danışıb. Qazanılan uğurlarda Azərbaycanın ilk ombudsmanı olan Elmira Süleymanovanın xidmətlərini razılıqla qeyd edib. Milli Məclisin deputatları ilə insan hüquqları üzrə müvəkkilin əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini namizədlərin nəzərinə çatdırıb.
Sonra deputatlar Hikmət Məmmədov, Elman Nəsirov, Tahir Kərimli, Flora Qasımova, Sona Əliyeva və Naqif Həmzəyev Ombudsman vəzifəsinə təqdim olunmuş namizədlərə müsbət münasibətlərini bildiriblər. Azərbaycan Prezidentinin etimadına layiq görülmüş namizədlərin ombudsman seçilməsi məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31