Milli Məclisin növbəti plenar iclası keçirilib
26.11.2019 [10:11]
İclasda 2020-ci ilin büdcə zərfi ikinci oxunuşda qəbul olunub
Noyabrın 25-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 19 məsələ daxil edilib.
Gündəlik təsdiq edildikdən sonra ilk olaraq 2020-ci ilin büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə olunub. Əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə haqqında məlumat verib. Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Elman Məmmədov məcburi köçkünlərin qarşılaşdığı məsələlərlə bağlı fikirlərini bildirib, həmin məsələlərin hökumət tərəfindən həllini təklif edib.
Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun fikirlərinə dəstək verib. B.Muradova qeyd edib ki, mütəmadi şəkildə məcburi köçkünlərlə ünsiyyətdə olur: “Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusunun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər”.
B.Muradova vurğulayıb ki, son vaxtlar belə müraciətlərin sayı artıb: “Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Füzuli rayonu ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan birotaqlı mənzili varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıblar. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddən olan eyni statuslu şəxslərin bir qismi güzəştdən istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.
Milli Məclisin sədr müavini əlavə edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində də problemlər yaranır: “Bu şəxs halbuki, başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib, hərbi xidmətə gedib-qayıdıbsa, necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin?
Boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan, ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki, onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın”.
Müzakirələrdən sonra çıxış edən Maliyyə naziri Samir Şərifov millət vəkillərinin təkliflərinə münasibət bildirib. O qeyd edib ki, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. Eləcə də ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir.
S.Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq məsələlərdən danışaraq deyib ki, Azərbaycan Prezidentinin Sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisində Qədim Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı xərclər üçün 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif olunur. Nazir bildirib ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması muxtar respublikanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsindən müvafiq olaraq muxtar respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən muxtar respublikanın büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq.
S.Şərifovun sözlərinə görə, 2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub. Nazir bildirib ki, əvvəlki illərdəki kimi, bu layihələrin də, o cümlədən deputatlar tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər. Sosialyönümlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov siyasi partiyalara maliyyə vəsaitinin artırılmasına görə təşəkkür edib. O bildirib ki, bu fakt dövlətin siyasi partiyalara və onların inkişafına göstərdiyi dəstəyin ifadəsidir. Gələn il ölkədə parlament seçkilərinin keçiriləcəyini deyən S.Novruzovun sözlərinə görə, siyasi partiyalar bu vəsaiti seçkilərdə iştirak üçün səmərəli şəkildə istifadə edə bilər: “Xalqın adından yalnız xalqın seçdiyi nümayəndələr danışa bilərlər. Əgər kimsə xalqın adından danışmaq istəyirsə, seçkilərdə iştirak etməlidir”.
Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il üçün büdcəsini ikinci oxunuşda təqdim edib. Onun sözlərinə görə, gələn il üçün bu büdcədə 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulur ki, bu da əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ikinci oxunuşda qəbul olunub.
Daha sonra millət vəkilləri gündəlikdə olan digər qanun layihələrini qəbul ediblər.
Sonda isə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığrtanın həyata keçirilməsi ilə bağlı uzun müddətdir ki, işlər aparılır, pilot layihələr həyata keçirilir, o cümlədən dünyada bu sahədə qabaqcıl təcrübələr öyrənilir. Komitə sədri qeyd edib ki, icbari tibbi sığorta çox böyük bir sosial proqramdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı Sərəncam imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu qərardan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə çıxışında bildirib ki, icbari tibbi sığorta prosesinin mürəkkəbliyini nəzərə alaraq agentlik hökumət qarşısında məsələ qaldıraraq gələn il ölkədə icbari sığortanın mərhələli şəkildə tətbiqini təklif edib. Onun sözlərinə görə, təklif ondan ibarətdir ki, 2020-ci ildə ölkə üzrə proses 4 mərhələli olacaq: “Belə ki, I rübdə şimal bölgəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron rayonu icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tədbiqi nəzərdə tutulur”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, icbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. O bildirib ki, bu məsələ təkcə qanunla həll olunası deyil. S.Novruzovun sözlərinə görə, insanlara tibbi sığorta sistemindən necə istifadə olunması izah edilməlidir, bununla bağlı KİV-də, televiziyalarda maarifləndirmə işləri aparılmalıdır.
S.Novruzov peşəkar kadr məsələsinə də toxunub. O qeyd edib ki, bu işdə peşəkar kadr potensialına ehtiyac var. Komitə sədri bu təcrübəni həyata keçirən bir sıra inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlandığını diqqətə çatdırıb: “Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bütövlükdə bu sistemin respublikanı əhatə etməsi üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

