Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir
30.11.2019 [10:26]
Prezident İlham Əliyev: Cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!
Azərbaycan milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ümumiyyətlə, ölkəmizin xarici siyasəti milli maraqlara əsaslanır, Azərbaycan reallıqları daim ən yüksək kürsülərdə - mötəbər beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu kontekstdə qeyd edə bilərik ki, son 2 ay ərzində digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində fəaliyyət də olduqca məhsuldar, səmərəli və əhəmiyyətli olub. Bu baxımdan, bir sıra strateji əhəmiyyətli nüanslara ayrıca diqqət yetirmək məqsədəmüvafiq olar.
Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır
Sirr deyil ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünü təmin edib. Son iki ay ərzində baş verənlərin fonunda bu reallıq bir daha öz təsdiqini tapdı. Nümunə olaraq deyə bilərik ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması, Ermənistanın işğalçı siyasətinin mahiyyətini konkret faktlar əsasında ifşa etməsi bu kontekstdə olduqca mühüm əhəmiyyətə mallikdir.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışına toxunmaq yerinə düşər. Dövlətimizin başçısının bu çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılandı, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qaldı. Plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə bildirdi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində böyük hadisələrin baş verdiyini deyib. Dövlətimizin başçısı bildirib: “Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.
Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.
Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın
Digər tərəfdən, Ermənistana daha bir diplomatik zərbə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında endirildi. Dövlətimizin başçısı Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasını ciddi tənqid etdi, ən əsası, Ermənistanın baş nazirinin iddialarını darmadağın edərək N.Paşinyanı yerində oturtdu. Dövlət başçısı MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Beləliklə, Ermənistanın faşist ideologiyasından qidalanmasını və terrorçu mahiyyətini əks etdirən konkret faktlar, tarixi reallıqlar ortaya qoyuldu. Bütün bu faktlar onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məsələlərlə əlaqədar deyib: “...MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “SMERŞ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Smert Şpionam”, “SmerŞ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında”.
Digər təəssüfləndirici fakt odur ki, bəzi müsəlman ölkələri işğalçı Ermənistanla qucaqlaşır, təcavüzkar ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri, tarixi abidələri dağıtmasına da göz yumurlar. Dövlətimizin başçısı bəhs olunan mərasimdə çıxışı zamanı “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?” - deyə bildirib.
Əlbəttə, Azərbaycan dəfələrlə İslam həmrəyliyi ilə bağlı keçirdiyi tədbirlərdə sözünü deyib, mövqeyini konkret faktlar əsasında qətiyyətlə ifadə edib. Şübhəsiz ki, bu proses davamlı xarakter daşıyır, faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. Ermənistanla münasibətlər quran bəzi müsəlman ölkələri isə, sadəcə olaraq, bu faktları nəzərə almalı və kiminlə qucaqlaşdığına dair özlərinə sual verməlidirlər. Prezident İlham Əliyev deyib ki, o cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!
Nəticə etibarilə, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56

