/ / Dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır
Dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır
03.12.2019 [09:52]
Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yenilənməsini zərurətə çevirib
Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. Hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zərurətə çevirib. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycanın parlamentində islahatların davam etdirilməsi ilə əlaqədar məsələ müzakirə edilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sferasından kənarda qalmamalı olduğu qənaəti ifadə edilmişdi. Dekabrın 2-də keçirilən Milli Məclisin növbəti iclasında isə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsini oxuyub. Layihə səsə qoyularaq qəbul edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Onun sözlərinə görə, bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir: “Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən dövlət siyasətini müdafiə edir. Bu siyasətin alternativi yoxdur”.
Millət vəkilinin sözlərinə görə, islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına əlavə töhfə kimi qiymətləndirilə bilər”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı isə deyib ki, ölkəmizdə sosial-iqtisadi, məhkəmə-hüquq sahəsində mühüm islahatlar aparılır. Onun sözlərinə görə, ölkə başçısı bu ilin əvvəlində etdiyi çıxışda siyasi sahədə də islahatların gedəcəyini istisna etməmişdi: “Ona görə də Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi bu islahatların məntiqi davamıdır”.
Millət vəkili bildirib ki, ölkəmizdə bütün sahələrdə aparılan islahatlarda əsas məqsəd yeni idarəetmə üsuluna keçmək, gənc kadrlara geniş meydan vermək, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində daha ciddi tədbirlər görməkdir: “Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar konsepsiyası, onun nailiyyətləri cəmiyyətdə ciddi şəkildə müzakirə olunur, insanlar bu islahatların faydasını görür, dövlət idarəçiliyindəki yenilikləri təqdir edir və həmin islahatları dəstəkləyirlər. Ölkə başçısı siyasi sahədə də islahatların aparılacağını istisna etməmişdi. Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyənlərin ilk sırasında dayanır və bu islahatların uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Bu proses bundan sonra da davam etdiriləcək”, - deyən M.İbrahimqızı əlavə edib ki, ölkəmizdə bütün sahələri əhatə edən Dövlət proqramları yüksək səviyyədə həyata keçirilir, Azərbaycanın dinamik tərəqqisi müvəffəqiyyətlə davam edir. Onun sözlərinə görə, parlamentin yenilənməsi bu inkişafa daha da təkan verəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

