/ / Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı inama və etibara əsaslanır
Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı inama və etibara əsaslanır
04.12.2019 [09:47]
Dekabrın 3-də Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, nazirlər görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər.
Elmar Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə, xüsusilə də iqtisadi sahədə uğurlu əlaqələrin olduğunu deyib. O bildirib ki, ticarət dövriyyəsinin həcmi 2,5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb.
Sergey Lavrov Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji olmaqla yanaşı, qarşılıqlı inama və etibara əsaslandığını bildirib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyətini qeyd edib.
Humanitar sahədə əlaqələrə toxunan Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var. Nazir Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğıya görə təşəkkür edib. Bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.
Sergey Lavrov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq vurğulayıb ki, bu səfər çox səmərəli olub.
Nazir beynəlxalq təşkilatlar səviyyəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini də diqqətə çatdırıb. “Biz Azərbaycanın qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Rusiyanın bu təşkilatla əlaqələrinin daha da yaxınlaşmasına çalışacağıq”, - deyə o əlavə edib.
Turizm sahəsində əlaqələrə toxunan rusiyalı nazir bildirib ki, bu istiqamətdə uğurlu əməkdaşlıq var. Bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının bir milyona yaxınlaşdığını qeyd edən Sergey Lavrov bunun yaxşı göstərici olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Rusiya həmsədr qismində münaqişənin həllinə kömək göstərəcək. O, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin də önəmli olduğunu deyib.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir. Bu əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişaf edir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

