/ / Dini-mənəvi dəyərləri vətəndaşlıq mövqeyi və azərbaycançılıq ideyaları ilə birləşdirməyi bacaran nüfuzlu ali dini lider: Şeyxulislam Allahşükür Paşazadə!
Dini-mənəvi dəyərləri vətəndaşlıq mövqeyi və azərbaycançılıq ideyaları ilə birləşdirməyi bacaran nüfuzlu ali dini lider: Şeyxulislam Allahşükür Paşazadə!
21.12.2019 [09:39]
Prezident İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına uyğun olaraq QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirləri Naxçıvanda da qeyd olunub
Məlum olduğu kimi, Azərbaycanda dövlət-din münasibətlərinin, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir. Ölkəmizin beynəlxalq müstəvidə təbliğ etdiyi dəyərlər özündə humanizmi, sülhü, sabitliyi, dialoqu əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz təklif və təşəbbüsləri ilə bütün dünyanın diqqət mərkəzində olan, mühüm məsələlərin müzakirə edildiyi siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təbii ki, bütün bu müsbət reallıqların formalaşmasında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin edilməsi, dinlərarası və sivilizasiyalararası münasibətlərin müəyyənləşməsində əməli addımların atılması da əsas rol oynayır. Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən həm ölkə daxilində, həm də xaricində təşkil edilən tədbirlər də milli-mənəvi və multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, sülh və qarşılıqlı anlaşmanın təşviq olunmasına xidmət edir.
Şeyxülislam Allahşükür Paşazadə regionumuzun və dünyanın ən nüfuzlu ali dini liderlərindən biridir
Sözsüz ki, ölkəmizin təşəbbüslərinin təkcə yerləşdiyi Qafqaz regionunda deyil, bütövlükdə İslam aləmində, bir çox xristian ölkələrində həmişə hörmət və ehtiramla qarşılanması məhz Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin edilməsinin nəticəsidir. Bu istiqamətdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin gördüyü işləri də xüsusilə vurğulamaq lazımdır.
Zənnimizcə, Ulu Tanrının buyurduğu müqəddəs amallara xidmət edən, insanlığın vəhdətinə və həmrəyliyinə rəvac verən A.Paşazadəni xüsusi missiya daşıyıcısı hesab etmək yanlış olmaz. Çünki Şeyx həzrətləri din xadimi, alim, ruhani lider kimi ölkəmizdə, regionumuzda, bütövlükdə İslam aləmində böyük xidmətləri olan, müsəlman xalqlarının dini maarifləndirilməsi, mənəvi dəyərlərə sahib çıxması yönündə fədakarlıq göstərən şəxsiyyətdir.
A.Paşazadənin xüsusi missiyasını dəyərləndirərkən onun yorulmaz fəaliyyəti üçün böyük güc və iradənin Uca Yaradan tərəfindən əta edildiyini düşünməmək olmur. Ən azı ona görə ki, ateizmin hakim olduğu bir dövlət sistemində, aparıcı dinlərə, o cümlədən İslam dininə qarşı misli görünməyən təzyiq və təhdidlərin tüğyan etdiyi bir dövrdə əyalətdə böyüyən gəncin aldığı ibtidai dini biliklərdən sonra respublikadan çox uzaqda yerləşən nüfuzlu mədrəsədə dini təhsili davam etdirmək, daha sonra ali dini təhsil almaq məqsədini müəyyənləşdirməsinin yalnız adi həvəsdən qaynaqlandığını izah etmək çətindir. A.Paşazadənin Sovet rejimi dövründə heç bir perspektiv vəd etməyən bir sahəyə yönəlməsi, yüksək dini təhsilə yiyələnmək niyyətinin həyata keçməsi Ulu Tanrının qismətidir.
Şeyxülislam Allahşükür Paşazadə vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman dini-mənəvi dəyərlərlə birləşdirməyi bacarıb
Yuxarıda qeyd edilən məqamlara aydınlıq gətirmək üçün xatırladaq ki, hələ orta məktəb illərində Lənkəranda yerli ruhanilərdən dini təhsil alan Allahşükür Paşazadə sonrakı illərdə təhsilini Özbəkistanda davam etdirib. Belə ki, Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub, oranı bitirdikdən sonra isə Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsində ali dini təhsilini davam etdirib. Təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) məsul katibi, Təzəpir məscidinin axundu və ZMRİ-nin sədr müavini, Naxçıvan Muxtar Respublikasının qazısı vəzifələrində çalışıb.
1980-ci ildə A.Paşazadənin ZMRİ sədri vəzifəsinə seçilməsi bu ali dini qurumun ölkə miqyasında nüfuzunun artmasına səbəb olub. Şeyxülislamın 1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı, 1990-cı ildə isə Naxçıvandan Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsi, A.Paşazadənin təşəbbüsü ilə qurumun fəaliyyət dairəsinin genişlənməsi buna sübutdur. Xatırladaq ki, ZMRİ-nin əsasında yaradılan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsi hazırda Azərbaycan, Gürcüstan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir. Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində keçirilmiş XI Qurultayında yekdilliklə ömürlük Şeyxülislam seçilib.
Bu məqamda onu da qeyd edək ki, 1823-cü ildən bu günə kimi Azərbaycanda 12 şeyxülislam fəaliyyət göstərib. Onlardan yalnız iki nəfərinə uzunmüddətli seyxülislamlıq qismət olub, hər ikisi də çətin və mürəkkəb tarixi mərhələdə, eyni zamanda, keçid dövründə bu ali dini vəzifəni daşıyıblar. Bu ali dini liderlərdən biri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra şeyxülislam vəzifəsinə seçilən və 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ) yaradılanda yeganə namizəd olan Axund Molla Ağa Əlizadə, digəri isə 40 ildir bu vəzifəni daşıyan Allahşükür Paşazadədir.
Belə ki, A.Paşazadənin şeyxülislamlıq fəaliyyətinin ilk illəri Sovet imperiyasının çətin dövrlərinə təsadüf edib. 20 Yanvar faciəsi baş verdiyi dövr A.Paşazadənin ictimai fəaliyyəti onun həyatının ən məsuliyyətli və gərgin dönəmi hesab edilir. Azərbaycanda hakimiyyətin respublikaya nəzarəti itirdiyi, Sovet ordusunun Bakıda dinc əhalini qətlə yetirdiyi bir dövrdə mərkəzdən edilən təhdid və təzyiqlərə baxmayaraq, A.Paşazadə din xadimi kimi xalq kütlələrini sakitləşdirib, müdriklik göstərib, Bakı sakinlərini təmkin və səbirlə şəhidlərini dəfn etməyə səfərbər edib.
Müstəqilliyə keçid dövründə respublikada dini idarəyə başçılıq edən A.Paşazadə SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda hökm sürən hakimiyyətsizlik şəraitində öz missiyasına sadiq qalaraq xalqın mənəviyyatının zənginləşməsinə, adət-ənənələrimizin qorunmasına, müqəddəs dinimizin buyurduğu yola xidmət etməyi üstün tutub. Ən əsası, Şeyx həzrətləri vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman ləyaqətlə nümayiş etdirib.
Allahşükür Paşazadə dini-mənəvi həmrəyliyin möhkəmləndirilməsi və dövlət-din münasibətlərinin inkişafında mühüm xidmətlər göstərib
Yuxarıda qeyd edilənlərdən çıxış edərək vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına uyğun olaraq QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin, o cümlədən 2019-cu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi Şeyx həzrətlərinin Azərbaycan xalqı və müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad mühitinin yaradılmasındakı xidmətlərinin qiymətləndirilməsidir.
Bu ayın əvvəlində Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin, DQİDK-nın və Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə A.Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin Naxçıvanda keçirilməsini də bu yüksək qiymətin tərkib hissəsi hesab etmək olar.
A.Paşazadənin rəhbərliyi ilə Naxçıvan MR-ə səfər edən nümayəndə heyəti yubiley tədbirində iştirak edib. Tədbirdə çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Şeyxülislamı təbrik edib, Azərbaycanda dini dəyərlərə göstərilən qayğıdan bəhs edib, dövlət-din münasibətlərində, tolerantlıq və dini həmrəylik sahəsində görülən işləri yüksək qiymətləndirib: “Tarixə nəzər salsaq, aydın görmək mümkündür ki, din o yerdə mənəvi dəyər kimi formalaşır ki, orada dövlət başçıları dini dəyərlərə qayğı ilə yanaşır, din xadimlərinin fəaliyyətinə hərtərəfli şərait yaradırlar. Ötən əsrin 70-80-ci illəri və 1993-cü ildən sonrakı dövr Azərbaycan tarixində belə bir mərhələ təşkil etmişdir. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə dinə münasibətdə fərqli yanaşma ortaya qoymuş, dini-mənəvi dəyərlərimizin qorunub yaşadılması qayğısına qalmışdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən bu siyasət, Azərbaycanda formalaşmış dövlət-din münasibətləri, tolerantlıq və dini həmrəylik dünyada nümunə kimi qəbul edilir. Görkəmli din xadimi Şeyxülislam Allahşükür Paşazadə də fəaliyyətində Ümummilli Liderin ideyalarına sonsuz sədaqəti ilə seçilmiş, İslam dininin düzgün təbliği, cəmiyyətdə dini-mənəvi həmrəyliyin möhkəmləndirilməsi və dövlət-din münasibətlərinin inkişafında mühüm xidmətlər göstərmişdir”.
Tədbirdə çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvanın Qazısı yanında Şuranın sədri Sahib Məmmədov, Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev Azərbaycandakı tolerantlığın, multikulturalizmin dünyaya tanıdılmasında Şeyxülislamın əvəzsiz xidmətlərini qeyd ediblər.
QMİ sədrinin tərcümeyi-halında Naxçıvan dövrü xüsusi yer tutur
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı A.Paşazadənin bütün dini liderlərə örnək olduğunu deyib: “Şeyx həzrətlərinin tərcümeyi-halında Naxçıvan dövrü xüsusi yer tutur. O, Naxçıvanın qazısı olub və bu torpaqdan SSRİ xalq deputatı və millət vəkili seçilib. Bugünkü tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Şeyx həzrətlərinə verdiyi dəyər kimi qiymətləndirmək lazımdır. O, Azərbaycanın keçid dövründə göstərdiyi xidmətlərlə öz adını tarixə yazdıran şəxsiyyətlərdəndir. Azərbaycan müstəqillik əldə etməmişdən öncə Şeyx həzrətlərinin böyük nüfuzu sayəsində İslam Əməkdaşlıq Təşkilatına üzv seçilib. Onun siyasi, ictimai, həm də elmi fəaliyyəti nümunə gücündədir”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında deyib ki, Şeyxülislam həmişə xalqın ağır günlərində onun yanında olub, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində mühüm xidmətlər göstərib: “O, nəinki Azərbaycanda, bütün Qafqazda dini həmrəyliyə nail olub. Allahşükür Paşazadə xalqın etibarını, inamını qazanmış dini liderdir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında deyib ki, Dünya dini liderlərinin II Sammiti Şeyxülislamın beynəlxalq səviyyədə dini lider kimi qəbul olunduğunu bir daha təsdiq etdi. Akademik onu da vurğulayıb ki, bu gün dini-mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvanda A.Paşazadənin yubileyinin qeyd olunması da onun şəxsinə verilən böyük qiymətin ifadəsidir.
Allahşükür Paşazadə: Həyatda nəyə nail olmuşamsa, nə qazanmışamsa, onların hamısında Naxçıvanın payı var
Tədbirin sonunda çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə 70 illik yubileyinin Naxçıvanda qeyd olunmasına görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Bu gün ölkəmizdə dini dəyərlər yaşadılır. Ulu Öndərin yolunu davam etdirən ölkə Prezidenti dövlət-din münasibətlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmizdə 70 illik yubileyimin qeyd olunması, bu gün isə qədim Naxçıvanda yubiley tədbirimin keçirilməsi fəaliyyətimə verilən yüksək dəyər və qiymətdir”.
Naxçıvanın qəlbində xüsusi yeri olduğunu vurğulayan A.Paşazadə deyib: “Həyatda nəyə nail olmuşamsa, nə qazanmışamsa, onların hamısında Naxçıvanın payı var. Vaxtilə məni mərkəzdən uzaqlaşdırmaq üçün Naxçıvana qazı göndərdilər. Lakin burada qazı kimi fəaliyyət göstərdiyim illər həyatımın ən dəyərli mərhələsini təşkil etdi və məni formalaşdırdı. Əgər mən Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan seçki dairəsindən deputat seçilməsəydim, ölkəmiz üçün ağır günlərdə sözümü deyə bilməzdim. Bu şəraiti mənə naxçıvanlılar yaradıblar”.
Ordubadda “Allahşükür məscidi”
QMİ-nin sədri A.Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi”nin açılışı da baş tutub. Açılışda çıxış edən A.Paşazadə ölkəmizdə ilk dəfə baş verən hadisənin əhəmiyyətindən danışıb: “Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu, mənim üçün böyük qürur və iftixardır”.
Naxçıvan MR Ali Məclisinin Sədri V.Talıbov “Allahşükür məscidi”nin istifadəyə verilməsi münasibətilə dindarları və kənd sakinlərini təbrik edərək Şeyx həzrətlərinin xidmətlərini yüksək dəyərləndirib: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Şeyx həzrətlərinin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ölkəmizdə qeyd olunur... Şeyxülislam Allahşükür Paşazadə Naxçıvanın qazısı olmuş, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Naxçıvanda onun adının əbədiləşdirilməsi Şeyxülislama göstərilən ehtiramın ifadəsidir”.
Daha sonra Naxçıvan MR Ali Məclisinin Sədri V.Talıbov, QMİ-nin sədri A.Paşazadə və onu müşayiət edən nümayəndə heyəti məsciddə yaradılan şəraitlə tanış olublar.
Məlumat üçün qeyd edək ki, “Allahşükür məscidi” Dırnıs kəndinin çox gözəl və hündür ərazisində yerləşir. Məscidin memarlıq kompozisiyası əsasən simmetrikdir, layihələndirilməsi zamanı milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın qərb fasadında milli memarlığımızın vacib elementləri, Möminə Xatun türbəsinin özünəməxsus memarlıq arkası və ornamentləri ilə bəzədilib. Əraziyə görə və qiblə istiqamətinə əsasən məscidin girişi şərq tərəfdən müəyyənləşdirilib. Kişilərin və qadınların girişini məscidin hündürlüyü 19 metr olan minarəsi ayırır.
Allahşükür Paşazadənin ömür yolu hər bir din adamı, mömin və vətəndaş üçün örnəkdir
Sonda vaxtilə A.Paşazadənin qazı vəzifəsində çalışdığı və Azərbaycan parlamentinə deputat seçildiyi Naxçıvanda “Allahşükür məscidi”nin ucalması da Şeyx həzrətləri üçün Allahın yazdığı taleyin bir məqamıdır desək, yanılmarıq. Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. Ona görə də birmənalı şəkildə demək olar ki, həyatını xalqı və dövlətinə həsr edən Allahşükür Paşazadənin ömür yolu hər bir din xadimi üçün örnəkdir.
HİKMƏT BABAOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

